Niyə dostlarımızı itiririk? Ən çox rast gəlinən 6 səhv
Dostluq münasibətləri həyatımızda böyük rol oynayır, lakin biz tez-tez onlara avtomatik yanaşır, lazımi diqqəti göstərmirik. Hər bir əhəmiyyətli bağ kimi, dostluq da dürüstlük, dialoq və səhvlər üzərində işləməyə hazır olmağı tələb edir. Bəzən anlaşılmazlıqlar və ya ehtiyatsız davranışlar münasibətlərin soyumasına səbəb olur, amma bir çox hallarda vəziyyəti düzəltmək mümkündür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar dostları necə və niyə itirdiyimizi, münasibətlərin bəzən görünən səbəb olmadan niyə bitdiyini izah ediblər.
Mütəxəssislər vurğulayırlar ki, təsadüfi sərtlik və ya diqqətsizlik insanı pis biri etmir. Hamımız səhv edirik. Əsas məsələ məsuliyyəti dərk etmək və dəyişməyə hazır olmaqdır. Əksər hallarda, hər iki tərəf dialoqa açıqdırsa, dostluğu bərpa etmək mümkündür.
Dostluqda ən çox rast gəlinən səhvlər və onların həlli yolları
Empatiya əvəzinə istənilməyən məsləhətlər vermək
Dostumuz çətinliklərini paylaşanda, çox vaxt dərhal həll yolları təklif edirik, halbuki həmin anda ona dəstək və anlayış lazımdır. Vəziyyəti "düzəltmək" istəyi onun hissələrini dəyərsizləşdirmək kimi görünə bilər. Bunun qarşısını almaq üçün əvvəlcə empatiya göstərmək, sonra isə məsləhətə ehtiyac olub-olmadığını soruşmaq vacibdir.
Dostu birgə planlardan kənarda qoymaq
Bəzən dostu görüşlərə dəvət etməyi dayandırırıq, onun yerinə qərar veririk ki, maraqlı olmayacaq, vaxtı olmayacaq və ya çətin olacaq. Bu cür fərziyyələr çox inciticidir. Ən doğru yol hər zaman dəvət etmək və qərarı insanın özünə buraxmaqdır.
Başqasının vaxtına sahib çıxmaq hissi
Bəzi insanlar dostunun yalnız özünə uyğun vaxtda əlçatan olmalı olduğunu düşünür, onun şəraitini nəzərə almırlar. Bu, xüsusilə həyat ritmləri dəyişəndə ortaya çıxır. Problemi həll etməyin yolu açıq söhbət və şəxsi sərhədlərə hörmətdir.
Əhəmiyyətli hadisələri görməməzlikdən gəlmək
Dostun həyatındakı vacib anlarda - istər sevinc, istərsə də itki zamanı - susmaq çox vaxt laqeydlik kimi qəbul edilir. Səbəb nəsə səhv demək qorxusu ola bilər, amma sadə bir dəstək mesajı belə böyük fərq yarada bilər.
Görüşlərin tez-tez ləğv edilməsi
Ara-sıra görüşü ləğv etmək normaldır, amma bu vərdişə çevriləndə etibar sarsılır. Təkcə üzr istəmək deyil, yeni tarix təklif etmək də vacibdir ki, dostluğun dəyərli olduğu hiss olunsun.
Dostun vəziyyətinə diqqətsizlik
Dostun qərarlarına onun vəziyyətini anlamağa çalışmadan incimək tez-tez münaqişələrə səbəb olur. Həll yolu sadədir - sual vermək, dinləmək və yaxın insanın yaşadığı şəraiti nəzərə almaq.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 765 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr