"İran daxilindəki qeyri-sabitlik onun xarici siyasət prioritetlərinə də təsirsiz ötüşməyəcək" - AÇIQLAMA
"İranda müşahidə olunan kütləvi iğtişaşlar təsadüfi və ani proses deyil, illərdir yığılıb qalan sosial, iqtisadi və siyasi gərginliyin növbəti təzahürüdür. Əsas səbəblər sırasında ağır iqtisadi vəziyyət, inflyasiya, işsizlik, sosial ədalətsizlik və cəmiyyətlə hakimiyyət arasında dərinləşən etimadsızlıq dayanır. Sanksiyalar İran iqtisadiyyatını ciddi şəkildə sıxışdırsa da, problem təkcə xarici təzyiqlərlə izah edilə bilməz; daxili idarəetmə böhranı və sosial gözləntilərin cavabsız qalması prosesi daha da kəskinləşdirir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, iğtişaşların mühüm xüsusiyyəti onların lokal yox, geniş coğrafiyanı əhatə etməsidir:
"Bu, narazılığın yalnız müəyyən sosial qruplarla məhdudlaşmadığını, cəmiyyətin müxtəlif təbəqələrinə yayıldığını göstərir. Digər tərəfdən, etirazların vahid liderlik və konkret siyasi proqramdan məhrum olması hakimiyyət üçün qısamüddətli manevr imkanları yaradır, lakin problemin mahiyyətini aradan qaldırmır. Klassik yanaşma ilə desək, təhlükəsizlik tədbirləri simptomları zəiflədə bilər, səbəbləri yox.
Nəticələrə gəlincə, qısa müddətdə İran hakimiyyətinin sərt nəzarət mexanizmlərini gücləndirməsi və etirazları mərhələli şəkildə neytrallaşdırması ehtimalı yüksəkdir. İran dövləti tarixən belə böhranları idarə etməyi bacarıb və institusional davamlılığa malikdir. Lakin orta və uzunmüddətli perspektivdə bu iğtişaşlar sistem daxilində islahat çağırışlarını gücləndirəcək, xüsusilə iqtisadi və sosial siyasətdə müəyyən korrektələrə məcbur edəcək.
Regional baxımdan proseslər diqqətlə izlənilməlidir. İran daxilindəki qeyri-sabitlik onun xarici siyasət prioritetlərinə də təsirsiz ötüşməyəcək, resursların bir hissəsi daxili sabitliyin qorunmasına yönələcək. Bu isə Yaxın Şərqdə və Cənubi Qafqazda müəyyən balans dəyişikliklərinə yol aça bilər. Bir sözlə, İranda baş verənlər nə inqilab romantikasıdır, nə də sadəcə küçə etirazları - bu, sistemin cəmiyyətlə münasibətlərində yaranmış ciddi siqnal kimi oxunmalıdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...