İnsanlar niyə problemlərini gizlətməyə üstünlük verirlər? - AÇIQLAMA
Müasir dövrdə stress, narahatlıq, depressiya və emosional tükənmə kimi psixoloji problemlər geniş yayılsa da, bir çox insan bu çətinlikləri açıq şəkildə dilə gətirməkdən çəkinir. Bəs insanlar niyə psixoloji problemlərini gizlətməyə üstünlük verirlər?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Psixoloji problemlərin gizlədilməsinin əsas səbəblərindən biri cəmiyyətdə hələ də mövcud olan damğalanma qorxusudur. Bir çox insan psixoloji çətinlik yaşadığını etiraf etdikdə "zəif", "iradəsiz" və ya "problemli" kimi qiymətləndiriləcəyindən narahat olur. Xüsusilə bizim cəmiyyətdə psixoloji yardım almaq uzun illər yanlış anlaşılmış, hətta ayıb hesab edilmişdir.
Digər mühüm səbəb emosiyaların inkarı və bastırılmasıdır. İnsanlar çox zaman öz hisslərini qəbul etməkdə çətinlik çəkir, "keçər", "özüm öhdəsindən gələrəm" düşüncəsi ilə problemləri görməzlikdən gəlirlər. Bu isə problemin daha da dərinləşməsinə səbəb olur.
Güvən problemi də önəmli faktorlardandır. Bir çox insan ətrafındakıların onu anlayacağına, dinləyəcəyinə və dəstək olacağına inanmır. "Danışsam, məni mühakimə edərlər" qorxusu psixoloji vəziyyəti gizlətməyə vadar edir.
Bundan əlavə, güclü görünmək məcburiyyəti də insanları susmağa sövq edir. Xüsusilə ailə başçısı olan şəxslər, qadınlar və ya sosial məsuliyyət daşıyan insanlar emosional çöküş yaşadıqlarını etiraf etməyi özlərinə yaraşdırmırlar. Onlar güclü görünməyin hər şeyin öhdəsindən gəlmək demək olduğunu düşünürlər.
Psixoloq olaraq vurğulamaq istərdim ki, psixoloji problem yaşamaq zəiflik deyil, insan olmağın təbii bir hissəsidir. Problemi gizlətmək yox, onu vaxtında qəbul edib yardım almaq həm psixi sağlamlıq, həm də həyat keyfiyyəti baxımından vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 686 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabr