Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Video

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - VideoAbşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.

Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - VideoToyuq ətini bu şəraitdə istehsal edirlərmiş - VideoToyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Video


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 537   Tarix: 05 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

Sirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama

Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğ

6 may
.

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, mərhumun bir müddət imiş ki, səhhəti ilə bağlı problemləri ortaya çıxıbmış. Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Nemət Məmmədov Cəbrayıl və Qubadlının azad olunması istiqamətind

6 may
.

Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Nurəli Yusifbəylinin dosyesini təqdim edir:. O, 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının - red.) Elektroenergetika fakültəsini

5 may
.

"İtaliya Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən, regionda sabitliyi dəstəkləyən ölkələr sırasında yer alır" - Bəhruz Quliyev

"Azərbaycan - İtaliya münasibətləri artıq diplomatik əlaqələr çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ilə İtaliya arasında formalaşan qarşılıqlı etimad həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından Avropa məkanında mühüm əhəmiyyət daşıyır."

5 may
.

Sabah hava necə olacaq?

Azərbaycanın bəzi yerlərdə mayın 6-da yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

5 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may
.

Eldar Əzizov rəisi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Əmr imzalayıb. Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularını

6 may
.

Qlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır

"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi

6 may