Mətbəx çanaqlarındakı boruların tutulmasının SƏBƏBİ
Mütəxəssislər bu vərdişin nə kimi fəsadlar törədə biləcəyini izah ediblər.
2026-cı Yeni ili qeyd edəcək hər bir insan sərxoş olmamaq və bayram gecəsini normal keçirmək üçün alkoqolu nə ilə yeməyin vacib olduğunu bilməlidir. Lakin şənlik bitdikdən sonra süfrəni yığışdırmaq lazım gəlir və bir çox evdar qadın badələri boşaldarkən alkoqolu çanağa tökməyin mümkün olub-olmadığını düşünür. Əslində isə bu, ciddi problemlərə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, boru və drenaj sistemləri üzrə mütəxəssis, Swiftdrain şirkətinin sahibi Ankit Sehqal alkoqolun borulara zərər verib-vermədiyini izah edib. Onun sözlərinə görə, Miladla Yeni il arasındakı dövrdə insanlar ən çox boruların açılması üçün ustalara müraciət edirlər. Bu təcili çağırışların əsas səbəbi tullantıların düzgün atılmaması, xüsusilə də alkoqolun çanağa tökülməsi vərdişidir.
O, tutulmaların ən çox rast gəlinən səbəblərindən biri kimi Baileys kimi qaymaqlı likörləri, həmçinin yumurta əsaslı Advocaat içkisini qeyd edib. Bundan əlavə, borularda tez-tez sous, yağ və qida qalıqlarına da rast gəlinir. Sehqalın sözlərinə görə, insanlar maye konsistensiyalı hər şeyin rahatlıqla çanağa tökülə biləcəyini düşünürlər, lakin santexnika sistemi bu cür işləmir. "Qaymaq əsaslı içkilər və kulinariya yağları borulara düşdükdə tamamilə fərqli davranır. Onlar soyuyur, boruların divarlarına yapışır və zamanla yığılıb tutulma yaradır", - mütəxəssis bildirib.
O izah edib ki, tərkibində süd məhsulları olan içkilər santexnika sahəsində FOG (yağlar, yağlı maddələr və sürtkülər) kimi tanınan kateqoriyaya daxildir.
Bu maddələr sadəcə su ilə yuyulub getmir, boruların divarlarına yapışaraq tədricən diametri daraldır və nəticədə suyun sərbəst axını mümkünsüz olur. Bayram dövründə problem daha da kəskinləşir, çünki eyni vaxtda çoxlu miqdarda təhlükəli mayelər - qaymaqlı içkilər, yağlar, souslar, əridilmiş kərə yağı və ət şirələri atılır. Qısa müddətdə böyük həcmdə tullantının çanağa tökülməsi vəziyyəti daha da ağırlaşdırır.
Mütəxəssisin sözlərinə görə, bu tullantılar ayrı-ayrılıqda problem yaratmaya bilər, lakin birlikdə olduqda çox vaxt santexnik çağırılmasına səbəb olur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 798 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabr