"Apple"nin ilk qatlana bilən iPhone telefonu
Dekabrın əvvəlində iPhone-ticker "Apple"nin qatlanan "iPhone"si ilə bağlı çertyojları və ilk renderləri yayımlamışdı. İndi isə şəbəkədə cihazın "canlı" fotoları ortaya çıxıb. Görüntülər real dizaynı əks etdirən keyfiyyətli maketlərə bənzəyir.
Lent.az xəbər verir ki, fotolara əsasən, iPhone Fold qatlanmış vəziyyətdə demək olar ki, kvadrat formalı və olduqca kompakt olacaq, ölçülərinə görə iPhone mini ilə müqayisə edilir. Açıq vəziyyətdə isə ekran ölçüsü və nisbəti baxımından iPad mini-ni xatırladacaq.
Ən diqqətçəkən məqamlardan biri isə "Apple"nin qatlanan smartfonların əsas texniki problemini ekran qatında görünən şovu aradan qaldırmasıdır. Məlumatlara görə, iPhone Fold-un ekranında qat hissəsində heç bir görünən iz qalmayacaq.
Daha əvvəl bildirilirdi ki, "qatlanan" iPhone-un xarici ekranı 5,49 düym diaqonala, 2088×1422 piksel təsvir ölçüsünə və 1,49:1 tərəf nisbətinə sahib olacaq. Daxili, açılan ekran isə 7,76 düym diaqonal, 2713×1920 piksel təsvir ölçüsü və daha kvadrat 1,43:1 nisbəti ilə təqdim ediləcək.
Açıq vəziyyətdə cihazın qalınlığı 4,8 mm təşkil edəcək. Bu göstərici iPhone Air-dən (5,6 mm) daha nazik, lakin Galaxy Z Fold 7-dən (4,2 mm) bir qədər qalındır.
Sızıntılar təsdiqlənərsə, smartfon dörd kamera ilə təchiz olunacaq: bir ön kamera, bir daxili kamera və iki əsas kamera. Face ID əvəzinə yan düymədə yerləşən Touch ID istifadə ediləcək. Fiziki SIM kart yuvası olmayacaq, cihaz yalnız eSIM texnologiyasını dəstəkləyəcək.
Qiymətə gəlincə, müxtəlif mənbələr iPhone Fold-un 2000-2400 ABŞ dolları aralığında olacağını bildirir və ehtimal edilir ki, qiymət yuxarı həddə daha yaxın olacaq. Bu isə onu eyni form-faktorda olan əsas rəqiblərdən xeyli bahalı edir. "Apple"nin ilk qatlanan iPhone-unun rəsmi təqdimatının 2026-cı ilin payızında baş tutacağı gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2019 Tarix: 06 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabr