"Azərbaycanda hələ də təcrübə tədrisin mərkəzi elementi yox, kənar əlavəsi kimi qəbul olunur" - KAMRAN ƏSƏDOV

"Azərbaycanda hələ də təcrübə tədrisin mərkəzi elementi yox, kənar əlavəsi kimi qəbul olunur" - KAMRAN ƏSƏDOVAzərbaycanda "təcrübə" mexanizmi ali və orta ixtisas təhsilində struktur olaraq mövcud olsa da, faktiki olaraq əmək bazarına inteqrasiya funksiyasını zəif yerinə yetirir və bu boşluğu qismən yalnız özəl sektorun və dövlətin təşviq etdiyi məqsədli proqramlar doldurur. Bəs görəsən təcrübə proqramları formal xarakter daşıyır, yoxsa tələbəni real iş həyatına hazırlayır?

Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib::

"Apardığım təhlillərə görə son illərdə ali təhsil məzunlarının təxminən 38-42 faizi məzun olduqdan sonra ilk bir il ərzində ixtisası üzrə iş tapa bilmir, orta ixtisas təhsili məzunlarında bu göstərici 45 faizə yaxınlaşır, halbuki eyni dövrdə işəgötürənlərin 60 faizdən çoxu "uyğun praktiki bacarıqları olan kadr tapmaqda çətinlik çəkdiklərini" bildirirlər. Bu ziddiyyət göstərir ki, sistem kadr buraxır, amma əmək bazarına hazır insan yetişdirmir və əsas problem də məhz təcrübənin formal xarakter daşımasındadır.

"Təhsil haqqında" Qanunun 13-cü maddəsində təhsilin məqsədi kimi "şəxsiyyətin, cəmiyyətin və dövlətin ehtiyaclarına uyğun, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması" göstərilir, 19-cu maddədə isə ali və orta ixtisas təhsilinin vəzifələrindən biri kimi "əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı" açıq şəkildə qeyd olunur. "Ali təhsil haqqında" müvafiq normativ aktlarda və dövlət təhsil standartlarında istehsalat təcrübəsinin tədris planının məcburi hissəsi olması təsbit edilsə də, həmin sənədlərdə təcrübənin nəticələrinin necə ölçüləcəyi, hansı real bacarıqları verməli olduğu və işəgötürənlə universitet arasında məsuliyyət bölgüsünün necə aparılacağı demək olar ki, mexaniki və zəif təsvir olunur. Nəticədə hüquqi çərçivə məqsədi düzgün müəyyənləşdirir, amma icra mexanizmi zəif qurulduğu üçün məqsəd kağız üzərində qalır.

Universitetlərdə və kolleclərdə istehsalat təcrübəsi əksər hallarda tələbənin real proseslərə cəlb edilməsi yox, sənəd dövriyyəsinin tamamlanması ilə məhdudlaşır. Tələbələrin böyük hissəsi təcrübəni ya formalaşmış əlaqələr vasitəsilə "formal iştirak" kimi keçir, ya da real iş yükü olmadan sadəcə müəssisəyə gedib-gəlir. Apardığım sorğular göstərir ki, tələbələrin təxminən 70 faizi təcrübə dövründə peşə bacarığı baxımından ciddi irəliləyiş hiss etmədiyini bildirir. Kolleclərdə vəziyyət daha ağırdır: maddi-texniki baza zəifdir, müəssisələrlə real tərəfdaşlıq yoxdur və təcrübə çox vaxt ümumiyyətlə peşə ilə əlaqəsiz mühitdə keçirilir. Bu da kolleclərin əsas missiyasına - praktik yönümlü kadr hazırlığına - ziddir. Bu səbəbdən universitetlər və kolleclər real bazara uyğunlaşmaq əvəzinə, öz daxili rahatlığını qoruyan, amma nəticə verməyən sistemə çevrilib və bu, artıq struktur böhranıdır.

Bunun fonunda Elm və Təhsil Nazirliyinin son illərdə atdığı addımlar müsbət istiqamətdə dəyişiklik yaratmağa başlayıb. "Təhsil-sənaye əməkdaşlığı", "dual təhsil", peşə təhsilinin modernləşdirilməsi, regional bacarıq mərkəzlərinin yaradılması, özəl sektorla birgə proqramların təşviqi kimi istiqamətlər beynəlxalq təcrübəyə uyğun addımlardır. Nazirliyin məlumatına görə, peşə təhsili müəssisələrində işlə təminat göstəricisi son illərdə təxminən 30 faizdən 55 faizə yüksəlib, dual proqramlarda iştirak edənlərin isə yarıdan çoxu məzun olduqdan dərhal sonra iş tapır. Bu dinamika göstərir ki, dövlət düzgün istiqaməti seçib: təhsili əmək bazarına yaxınlaşdırmaq və real tərəfdaşlıq mexanizmləri qurmaq. Bu, həm insan kapitalının keyfiyyətini artırır, həm də işsiz məzun problemini struktur səviyyədə azaldır.

Dünya təcrübəsi ilə müqayisə etdikdə fərq daha aydın görünür. Almaniyada dual təhsil sistemində tələbələr vaxtlarının 50-70 faizini real müəssisədə keçirir və məzunların təxminən 85 faizi dərhal işlə təmin olunur. Estoniyada universitet-şirkət əməkdaşlığı çərçivəsində magistrantların yarıdan çoxu təhsil dövründə işlədiyi şirkətdə qalır. Finlandiyada ali təhsildə təcrübə yalnız müşahidə deyil, kreditlə ölçülən, nəticəyə əsaslanan fəaliyyət kimi qiymətləndirilir və bu nəticələr tələbənin diplom əlavəsində ayrıca göstərilir. Azərbaycanda isə hələ də təcrübə tədrisin mərkəzi elementi yox, kənar əlavəsi kimi qəbul olunur və əsas problemlər də buradan qaynaqlanır.

Müsbət tərəf ondan ibarətdir ki, dövlət səviyyəsində problem artıq düzgün diaqnoz olunub və həll istiqamətləri müəyyənləşdirilib: əmək bazarı ilə əlaqə gücləndirilir, yeni proqramlar tətbiq olunur, peşə təhsili yenidən qurulur, özəl sektor prosesə cəlb edilir. Bu, sistemin gələcəkdə daha sağlam işləməsi üçün real əsas yaradır. Mənfi tərəf isə universitetlərin və kolleclərin böyük hissəsinin hələ də bu dəyişikliklərə adaptasiya ola bilməməsi, daxili müqavimət göstərməsi və formalizmdən çıxmaq istəməməsidir. Bu qurumlar əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşmaq əvəzinə, köhnə proqramları, köhnə yanaşmaları qoruyur və nəticədə tələbəni yox, sistemi "xilas etməyə" çalışırlar.

Hesab edirəm ki, təcrübə mexanizmi Azərbaycanda potensial olaraq düzgün dizayn olunub, lakin icra mərhələsində ali və orta ixtisas təhsili müəssisələrinin zəifliyi səbəbindən real effektini itirib. Elm və Təhsil Nazirliyinin apardığı islahatlar bu boşluğu doldurmaq üçün doğru istiqamətdə atılmış addımlardır və artıq nəticə də verir. Universitetlər və kolleclər isə ya bu xəttə uyğunlaşmalı, real sektorla açıq və məsuliyyətli əməkdaşlığa girməli, ya da cəmiyyət qarşısında öz funksiyalarını itirdiklərini etiraf etməlidirlər. Təhsil sistemi diplom istehsal edən mexanizm yox, real insan kapitalı yaradan institut olmalıdır və təcrübə də bu prosesin mərkəzində dayanmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 567   Tarix: 06 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr