Toya getdi, oğurluq etdi - "Ağ Saray"da hadisə
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Ağ Saray" şadlıq sarayında toy zamanı oğurluq edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il təvəllüdlü C.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Ağ Saray"da toyda olan zaman masanın üzərindən Əlihüseyn Kərimova məxsus "Honor" markalı mobil telefonu oğurlayıb və qaldığı hostelə gedib. O, həmin telefonun "WhatsApp" tətbiqinə daxil olub, sahibinin adından borc pul istəyib, öz kartına 230 manat pul göndərtdirib. Bundan sonra telefonu sındıraraq atıb.
C.F. ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib və ümumilikdə zərərçəkmişə 500 manatdan artıq ziyan vurub.
Məhkəmənin hökmü ilə C.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 740 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021