"Bütün bu uğurların yeganə və şəriksiz memarı Möhtərəm Cənab Prezident İlham Əliyevdir" - DEPUTAT

"Bütün bu uğurların yeganə və şəriksiz memarı Möhtərəm Cənab Prezident İlham Əliyevdir" - DEPUTAT"Möhtərəm Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, lakin şərəfli yolun açıq və prinsipial təhlilidir. Müsahibə xüsusilə, 907-ci düzəliş mövzusu ətrafında səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan necə haqsız, ikili standartlarla mübarizə aparan dövlətdir.
907-ci düzəliş Azərbaycan xalqına qarşı edilmiş açıq ədalətsizliyin rəsmi sənədə çevrilmiş forması idi. Cənab Prezident İlham Əliyevin bu məsələyə tarixi kontekstdə yanaşması çox vacib məqamları üzə çıxardı. Bir tərəfdən erməni lobbisinin sistemli fəaliyyəti, digər tərəfdən isə o dövrdə Azərbaycan dövlətçiliyinin zəifliyi və səriştəsiz idarəçilik. Həmin illərdə Azərbaycan nə öz sözünü deyə bilirdi, nə də haqqını müdafiə etməyə gücü çatırdı. Bunun nəticəsi olaraq işğala məruz qalan, Xocalı soyqırımını yaşamış bir ölkə "blokada tətbiq edən tərəf" kimi təqdim olundu. Bu, siyasi riyakarlığın klassik nümunəsi idi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, ölkə başçımızın Co Baydenin 907-ci düzəlişin qəbulundakı fəal rolunu konkret adla xatırlatması təsadüfi deyil:

"Bu, münasibətlərin niyə uzun illər ərzində soyuq, hətta böhranlı olmasının səbəblərini izah edən açar məqamdır. Azərbaycan bu dövrdə heç vaxt emosional davranmadı, prinsipial mövqeyindən geri çəkilmədi və öz milli maraqlarını qətiyyətlə qorudu. Dövlət başçısının "biz sizə bir gün lazım olacağıq" fikri bu gün reallığa çevrilir.
Tramp administrasiyasının gəlişi ilə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandı.

Müsahibədə səsləndirilən digər mühüm məqamlar Azərbaycanın 2025-ci ildə xarici siyasətdə əldə etdiyi uğurları açıq şəkildə nümayiş etdirdi. Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın artıq qlobal güc mərkəzləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. D-8 təşkilatına üzvlük isə ölkəmizə göstərilən beynəlxalq etimadın və hörmətin açıq ifadəsidir. Azərbaycan bu platformaya müstəqil siyasəti, sabitliyi və regional çəkisi ilə daxil olub.

Xüsusilə Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimiz tarixi hadisədir. Siyasi etimadın əsas götürüldüyü bu qərar Azərbaycanın regionlararası körpü rolunu təsdiqləyir. Bu gün Mərkəzi Asiyanı Qərblə bağlayan ən etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir və bu nəqliyyat məsələsi geosiyasi gücdür.
Xankəndidə keçirilən ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda təşkil olunan beynəlxalq forumlar artıq Qarabağın beynəlxalq dialoq məkanına çevrildiyini sübut etdi. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Türk dünyasının real birlik modelinin formalaşdığını göstərdi".

Deputat onu da vurğuladı ki, Cənab Prezidentin müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan təşəbbüs göstərən, istiqamət müəyyən edən, regionun siyasi arxitekturasını formalaşdıran dövlətdir:

"Bu siyasətin mərkəzində milli maraqlar dayanır. Azərbaycan güclüdür. Gücümüz iqtisadi göstəricilərdə, siyasi yaddaşda, düzgün və vaxtında verilən qərarlardadır. Bütün bu uğurların yeganə və şəriksiz memarı Möhtərəm Cənab Prezident İlham Əliyevdir. Dövlətimizin gələcəyi məhz bu möhkəm təməl üzərində qurulur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 997   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr