"Bəzi məmurlar bir çox hallarda dövlət başçısının ona göstərdiyi yüksək etimadı doğrultmaq əvəzinə öz maraqlarına xidmət edir" - DEPUTAT

"Bəzi məmurlar bir çox hallarda dövlət başçısının ona göstərdiyi yüksək etimadı doğrultmaq əvəzinə öz maraqlarına xidmət edir" - DEPUTAT"Cənab prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə diqqət çəkən məqamlardan biri də dövlət başçısının etimadını doğrulmayan, xalqa xidmətdən daha çox, vətəndaşlara əziyyət verən məmurlarla bağlı idi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki,Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyevin hər ilin əvvəli televiziya kanallarına geniş müsahibə verərək ötən ilin yekunlarını dəyərləndirməsi, bir növ hesabat verməsi və qarşıdakı hədəfləri müəyyənləşdirərək onu cəmiyyətə çatdırması artıq ənənə halını alıb:

"Dövlət başçısının ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə də bu ənənənin davamı idi. Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi vəziyyəti, siyasi xətti, xarici siyasəti, Ermənistan-Azərbycan sülh müqaviləsinin imzalanması istiqamətində mövcud vəziyyət, eləcə də Amerika Birləşmiş Ştatlarla münasibətlər və s. kimi detallara aydınlıq gətirməklə cəmyyətimiz üçün maraqlı olan bütün məsələləri aydın şəkildə ifadə etdi. Bu müsahibə nəticəsində hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün heç bir qaranlıq məqam qalmadı.

Təəssüflər olsun ki, bəzi məmurlar bir çox hallarda dövlət başçısının ona göstərdiyi yüksək etimadı doğrultmaq əvəzinə öz şəxsi maraqlarına xidmət edir, vətəndaş şikayətlərinə biganə yanaşır. Belə məmurların özbaşınalığı, vəzifəsindən sui-istifadəsi isə yerlərdə sosial narazılığa səbəb olur. Dəfələrlə Cənab Prezident bu istiqamətdə xəbərdarlıqlar etsə, müvafiq cəza tədbirləri görülsə də, lakin hələ də islah olunmayan məmurlar qalmaqdadır. Cənab Prezidenti belə bir mənfi tendensiyanın mövcud olduğunu müsahibə zamanı açıq şəkildə ifadə etdi. Cənab Prezident bildirdi ki, "Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır".

Millət vəkili vurğulayıb ki, dövlət başçısının bu fikirləri özünü kiçik padşah hesab edən məmurlar üçün siqnal olmalıdır:

"Çünki Cənab Prezident bu kimi neqativ hallara qarşı mübarizənin davam edəcəyini açıq şəkildə ifadə etdi. Ümid etmək olar ki, məmurlar dövlət başçısının xəbərdarlığından nəticə çıxaracaqlar. Əks təqdirdə etimadı doğrultmayan məmurlar öz postları ilə vidalaşmalı olacaqlar. Prezidentin qeyd etdiyi kimi məmurun vəzifəsi xalqa xidmət olmalıdır".
Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı müsahibəsində bu kimi neqativ hallara qarşı cəmiyyətin də fəal olmasını, ictimai nəzarətin vacibliyini xüsusi olaraq vurğulayıb

"Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq. Cənab İlham Əliyev "Mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir" deməklə həm də cəmiyyətə açıq olduğunu, xalqın mövqeyini hər zaman nəzərə aldığını bir daha bəyan etdi. Bizim isə bir vətəndaş kimi üzərimizə düşən vəzifə dövlət başçısının ətrafında daha sıx birləşməklə, birlik və bərabərlik əsasında ölkəmizi irəli aparmqdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 770   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr