8 illik arvadının ona xəyanət etdiyini öyrənən ər: "Susmalıyam, yoxsa ailəmi dağıtmağa dəyər?"

8 illik arvadının ona xəyanət etdiyini öyrənən ər: "Susmalıyam, yoxsa ailəmi dağıtmağa dəyər?"Sosial şəbəkələrdə fəaliyyət göstərən etiraf səhifələrindən birində paylaşılan yazı qısa zamanda geniş müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir istifadəçi illər sonra həyat yoldaşının nişanlı olduqları dövrdə onu aldatdığını öyrəndiyini bildirərək yaşadığı psixoloji sarsıntını ictimaiyyətlə bölüşüb.

Paylaşımda qeyd olunub ki, istifadəçi həyat yoldaşının keçmişdə dostları ilə düşərgəyə getdiyini zənn etdiyi bir vaxtda başqa şəxslərlə birlikdə olduğunu və həmin dövrdə ona xəyanət etdiyini yeni öyrənib. Bu məlumatın onda ciddi etimad böhranı yaratdığını yazan şəxs, böyük bir xəyal qırıqlığı yaşadığını vurğulayıb.

İstifadəçi bir tərəfdən bunun keçmişdə baş vermiş, birdəfəlik bir səhv ola biləcəyini düşündüyünü, digər tərəfdən isə "görəsən, bu, təkrar edilibmi?" sualının onu rahat buraxmadığını bildirib. Həyat yoldaşının hazırda uşaqları ilə maraqlandığını qeyd edən paylaşım sahibi, yaşadığı emosional yükü ifadə edərək izləyicilərdən məsləhət istəyib: "Susmalıyam, əgər tək dəfəlik bir şeydirsə, yoxsa ailəmi dağıtmağa dəyərmi?"

Paylaşım qısa müddətdə sosial mediada yayılıb. Bəzi istifadəçilər məsələnin mütləq açıq şəkildə müzakirə olunmalı olduğunu bildirərkən, digərləri keçmişin yenidən gündəmə gətirilməsinin ailə münasibətlərinə zərər verə biləcəyini iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2072   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr