Milli Qəhrəmanın xanımına vəzifə verilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası yeni tərkibdə ilk iclasını keçirib. Müşahidə Şurası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Milli QHT Forumu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin nümayəndələrindən ibarətdir.
Modern.az-ın məlumatına görə, QHT Agentliyinin Müşahidə Şurasında təmsil olunanlardan biri şəhid xanımıdır.
Bu, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü Fizzə Mirzəyevadır.
Fizzə Mirzəyeva Azərbaycanın Milli Qəhrəmanı, "Aprel şəhidi" polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşıdır. O, qarşıdakı 4 ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Murad Mirzəyev 1976-cı ilin martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. O, 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb Daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib.
Murad Mirzəyev ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edib. Gəncə şəhərində "N" saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Sonralar isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. Xidmətə başlamasının 10-cu ilində Murad Mirzəyev "Qüsursuz xidmətə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları və "Qızıl Ulduz" medalı ilə təltif olunub.
O, 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qalıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 984 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda möhtəşəm Novruz şənliyi
Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir. Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətini
19 martKəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)
Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b
20 mart"Emosional boşluq insanları "mistik həllərə" yönəldir" - AÇIQLAMA
Son dövrlərdə sosial şəbəkələrdə "rituala qoşul, iş tap", "bu enerjiyə daxil ol, ailə qur", "niyyət et, həyatın dəyişsin" kimi vədlərlə paylaşılan məzmunların sayı artıb. Xüsusilə şəxsi həyatında çıxış yolu axtaran, işsizlik, münasibət problemi və ya gələcəklə bağlı narahatlı
19 martAzərbaycana yaz gəldi
Azərbaycana yaz fəsli qədəm qoyub. "Qafqazinfo" xəbər verir ki, yaz fəslinin ölkəmizə daxil olması bu gün saat 18:45:53-ə təsadüf edib. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şima
20 martDİN-dən bayramda Qarabağa səfər edənlərə - Müraciət
Daxili İşlər Nazirliyi bayramla əlaqədar işğaldan azad edilmiş ərazilərdə yaşayan və bura səfər edən şəxslərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımı
19 martTəzəpir məscidində bayram namazı qılındı (FOTO)
Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. "Report" xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət
20 martKamran Əliyevə ağır itki
Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, Kamran Əliyevin anası Flora Əliyeva bu gün 79 yaşında vəfat edib. Mərhum Gəncə şəhərində dəfn ediləcək. Allah rəhmət eləsin!
20 mart38 yaşlı dayə işlədiyi evdə qəfil öldü
Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu
19 martAlena Əliyeva Novruz yarmarkasında - Fotolar
Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar. Azərbaycanda ilk inklüzi
18 mart