2026-cı ildə bir ChatGPT-yə deməməli plduğunuz 5 şey

2026-cı ildə bir ChatGPT-yə deməməli plduğunuz 5 şeySüni intellekt əsaslı çat-botlar, o cümlədən ChatGPT, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstifadəçilər bu texnologiyadan suallara cavab almaq, mətnlər hazırlamaq, ideyalar toplamaq və hətta məlumatları analiz etmək üçün geniş şəkildə yararlanırlar. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çat-botlar şəxsi və məxfi məlumatların saxlanması üçün təhlükəsiz mühit hesab edilmir.

Lent.az xəbər verir ki, mütəxəssislər 2026-cı ildə ChatGPT və digər açıq "ağıllı" çat-botlarla paylaşılmaması tövsiyə olunan beş əsas məlumat növünü açıqlayıblar.

Birinci, şəxsi məlumatlardır. Bir çox istifadəçi CV hazırlamaq və ya sənəd tərtib etmək məqsədilə tam adını, ünvanını, sənəd nömrələrini və əlaqə məlumatlarını bilmədən sistemə daxil edir. Bu cür məlumatlar mümkün sızma və ya üçüncü şəxslərin icazəsiz çıxışı zamanı ciddi fəsadlara səbəb ola bilər. Çat-botun "dost kimi" cavab verməsi təhlükəsizlik zəmanəti demək deyil.

İkinci, maliyyə məlumatlarıdır. ChatGPT-dən büdcə planlaşdırılması və ya maliyyə strategiyası üçün istifadə etmək mümkündür, lakin bank hesabları, kredit kartları, investisiyalar və vergi məlumatlarının daxil edilməsi ciddi risk yaradır. Ekspertlər vurğulayırlar ki, bu məlumatlar təqdim edildikdən sonra onların necə və harada istifadə olunacağını izləmək mümkün deyil.

Üçüncü, tibbi məlumatlardır. Sorğular göstərir ki, hər altı böyüklərdən biri ayda ən azı bir dəfə ChatGPT-yə simptomlar və müalicə ilə bağlı müraciət edir. Gənclər arasında bu göstərici daha da yüksəkdir. Lakin mütəxəssislər xatırladırlar ki, çat-bot həkim deyil və tibbi məsləhəti əvəz etmir. Üstəlik, tibbi məlumatların taleyi də maliyyə məlumatları kimi qeyri-müəyyən qalır.

Dördüncü, iş və peşə fəaliyyəti ilə bağlı materiallardır. Şirkət sənədləri, hesabatlar, strategiyalar, müştəri məlumatları və məxfi layihələr süni intellektə ötürülməməlidir. Çat-botlar redaktə və xülasə üçün rahat alət kimi görünsə də, bu, korporativ təhlükəsizlik baxımından risklidir.

Beşinci, qanunsuz sorğulardır. Cinayət, dələduzluq və ya manipulyasiya ilə bağlı suallar təkcə təhlükəsizlik deyil, hüquqi problemlər də yarada bilər. Platformalar qanunvericiliyə tabedir və hüquq-mühafizə orqanlarının tələbi ilə istifadəçi məlumatlarını təqdim edə bilərlər.

Sam Altman da bu risklərə diqqət çəkərək bildirib ki, ChatGPT ilə yazışmalar real mütəxəssislə aparılan söhbətlər kimi hüquqi qoruma altında deyil. Məhkəmə araşdırması zamanı istifadəçi yazışmaları məhkəmə qərarı ilə təqdim oluna bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, süni intellektlə ünsiyyətdə xüsusilə şəxsi və peşəkar həyata aid məlumatlar paylaşılarkən maksimum ehtiyatlı davranılsın. Texnologiya inkişaf etsə də, məsuliyyətli istifadə hələ də əsas şərt olaraq qalır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3842   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü

16 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr