"2025-ci il Azərbaycanın gücünü, diplomatik çevikliyini və strateji uzaqgörənliyini nümayiş etdirən dönüş nöqtəsi oldu" - AÇIQLAMA

"2025-ci il Azərbaycanın gücünü, diplomatik çevikliyini və strateji uzaqgörənliyini nümayiş etdirən dönüş nöqtəsi oldu" - AÇIQLAMA"Prezident İlham Əliyevin ənənəvi illik müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın 2025-ci ildə əldə etdiyi tarixi nailiyyətlərin ümumi mənzərəsini ortaya qoyur" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Dövlət başçısının 2025-ci ili dönüş ili kimi qiymətləndirməsi təsadüfi deyil. Çünki bu dövr həm münaqişənin siyasi müstəvidə yekunlaşması, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsi ilə yadda qaldı. Ermənistan-Azərbaycan müharibəsinə siyasi son qoyulması regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Azərbaycan artıq sülh şəraitində inkişaf yoluna qədəm qoydu və bu, ölkənin gələcək strateji prioritetlərinin həyata keçirilməsi üçün geniş imkanlar açdı.

Vaşinqton səfəri zamanı ABŞ Prezidenti Donald Trampın dəvəti ilə aparılan danışıqlar nəticəsində 907-ci düzəlişin aradan qaldırılması, strateji işçi qrupunun yaradılması və Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə təsdiqlənməsi Azərbaycanın diplomatik uğurlarının bariz nümunəsidir. Bu addımlar ölkəmizin regional və qlobal miqyasda strateji əhəmiyyətini bir daha təsdiqlədi.

Xarici siyasət sahəsində əldə edilən uğurlar da diqqətəlayiqdir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu qəbul və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Xüsusilə Çinlə münasibətlərin strateji əhəmiyyəti vurğulanaraq, son iki ildə imzalanan sənədlərin real iqtisadi nəticələr verdiyi qeyd olundu. Bu, Azərbaycanın Asiya ilə inteqrasiyasını gücləndirir və iqtisadi sabitliyini möhkəmləndirir.

Prezidentin Qarabağ və Şərqi Zəngəzurun bərpasını milli prioritet kimi önə çəkməsi Böyük Qayıdış proqramının ardıcıl icrası ilə bağlıdır. Bu, həm sosial, həm də iqtisadi baxımdan ölkənin gələcəyinə yönəlmiş strateji addımdır. İlham Əliyevin açıqlamaları göstərir ki, Azərbaycan yalnız regional sabitlik və sülhün təminatçısı deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və lider dövlət kimi mövqeyini möhkəmləndirir. 2025-ci il bu baxımdan Azərbaycanın gücünü, diplomatik çevikliyini və strateji uzaqgörənliyini nümayiş etdirən dönüş nöqtəsi oldu".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 642   Tarix: 07 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr