Metroda məsafəyə görə ödəniş: Bu, necə hesablanacaq?
2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:
"Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".
Bəs, metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?
Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsafəyə görə gedişhaqqı bütün nəqliyyat növlərində tətbiq olunacaq:
"Metro buna hazırdır. Ona görə bu məsələ müzakirə olunur. Metroda bütün stansiyalarda turniketlər var, sistem qurulub. Amma sistemin avtobuslarda qurulması bir az çətinlik yaradacaq. Çünki avtobusların hamısı nağdsız ödənişə keçməyib. Dəmir yolunun ardınca bu sistem metroda həyata keçiriləcək"
Elməddin Muradlının sözlərinə görə, az məsafə qət edən sərnişin az gedişhaqqı ödəyəcək, daha uzun məsafə qət edən sərnişin isə çox pul ödəyəcək:
"Bu, təxminən indiki qiymətlə müqayisədə 20 qəpik civarında fərq edə bilər. Məsələn, 10-12 dayanacaq qət edən sərnişin kartı turniketə yaxınlaşdıranda 80 qəpik çıxacaq. Bu sistemi qurmaq elə də asan deyil. Bütün stansiyalarda terminallar olmalıdır. Məsələn, sərnişin kartını turniketə yaxınlaşdıranda avtomatik ondan 60 qəpik çıxılır. Stansiyadan çıxanda sərnişin yenə də kartı oxutduracaq ki, getdiyi məsafəyə görə gedişhaqqı çıxılsın. Az məsafə qət edən sərnişindən məsələn, 40-30 qəpik çıxılacaq, yerdə qalanı karta qayıdacaq".
Elməddin Muradlı sistemin hansı ayda həyata keçiriləcəyindən məlumatsız olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...