"Sirab" suları sexdə istehsal olunur?
"Sirab" sularının keyfiyyətinin aşağı düşdüyü barədə məlumatlar artmağa başlayıb.
XALQ xəbər verir ki, artıq marketlərdə satılan sözügedən suların tərkibində ciddi dəyişiklik olduğuna dair məlumatlar mövcuddur.
Belə ki, tanınmış jurnalist Məğrur Əli Polad bu barədə yazıb ki, son günlər aldığı "Sirab" sularının tərkibinə ciddi şübhə edir. "Daimi olaraq "Sirab" sularından istifadə edirəm. 3-4 gün öncə "Bazarstore"un Bayıl filialından yarımlitirlik qazlı su aldım, qazsız çıxdı. İlk dəfə idi belə bir halla qarşılaşırdım. Fikir vermədim, düşündüm ki, bəlkə də yanılıram. Amma bu gün eyni hal təkrarlandı: həmin marketdən qazlı su adı ilə aldım, qazsız çıxdı. Hətta dadı da həmişəki deyildi. "Sirab" da sex suyu oldu?"
Qeyd edək ki, "Sirab" şirkətindən başqa xəbərlər də gəlir. Məlumatlara görə, şirkət işçilərini ixtisar etməyə başlayıb. Kütləvi şəkil alan bu ixtisarların hansı səbəbdən həyata keçirildiyi barədə işçilərə heç bir açıqlama verilmir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Tribuna.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 641 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021