Venesueladan İsveçrəyə 113 ton qızıl daşındığı üzə çıxdı

Venesueladan İsveçrəyə 113 ton qızıl daşındığı üzə çıxdıVenesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən yeni faktlar üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, rəsmi qeydlərə görə, hazırda ABŞ-də mühakimə olunan Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətinin ilk dövründə - 2013-2016-cı illər arasında ölkənin qızıl ehtiyatlarından ümumilikdə 113 ton qızıl İsveçrəyə köçürülüb.

Venesuela Mərkəzi Bankına məxsus olan bu qızılın dəyərinin təxminən 4,14 milyard İsveçrə frankı, yəni 5,2 milyard ABŞ dolları olduğu bildirilir. Qızılın ölkədən çıxarılması Venesuelada iqtisadi vəziyyətin sürətlə pisləşdiyi dövrə təsadüf edib.

"Reuters"inin əldə etdiyi gömrük məlumatları və İsveçrənin SRF yayım təşkilatının araşdırmasına əsasən, sözügedən qızıl göndərişləri Maduro administrasiyasının artan maliyyə təzyiqləri fonunda ehtiyatları nağd pula çevirməyə çalışdığını göstərir. Bildirilir ki, xüsusilə ABŞ sanksiyaları və neft gəlirlərinin kəskin azalmasından sonra Venesuela Mərkəzi Bankı ciddi valyuta çatışmazlığı ilə üzləşib.

Bu çərçivədə qızılın emal edilməsi, sertifikatlaşdırılması və daha asan satışa çıxarılması məqsədilə İsveçrədəki qızıl emalı zavodlarına göndərildiyi qeyd olunur.

Dünyanın ən böyük qızıl emalı mərkəzlərindən biri olan İsveçrə həmin illərdə Venesuela qızılı üçün əsas tranzit və emal marşrutuna çevrilib. Lakin bu yol 2017-ci ildə Avropa Birliyinin Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra tamamilə bağlanıb. Gömrük qeydlərinə əsasən, 2017-2025-ci illər arasında İsveçrəyə Venesueladan heç bir qızıl göndərişi qeydə alınmayıb.

Qeyd edək ki, qızıl göndərişləri ilə bağlı məlumatlar Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra yenidən gündəmə gəlib. İsveçrə Federal Şurası yanvarın 5-də Maduroya və onun 36 yaxın adamına məxsus aktivlərin dondurulduğunu açıqlayıb. Bununla belə, İsveçrə rəsmiləri dondurulan aktivlərlə illər əvvəl ölkəyə gətirilən qızıl arasında birbaşa əlaqənin hələ sübuta yetirilmədiyini bildiriblər.

Eyni zamanda, vurğulanıb ki, qanunsuz yolla əldə edildiyi müəyyən olunan vəsaitlərin gələcəkdə Venesuela xalqına qaytarılması mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1089   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr