İspaniyadakı bu "gizli" adada demək olar ki, turist yoxdur - Getməyinizə dəyər
İspaniyanın Kanar adalarında kütləvi turizmdən kənarda qalmış sakit və fərqli bir məkan mövcuddur. Söhbət Kanar adalarının ən qərbində yerləşən El Hierro adasından gedir. Cəmi 11 min nəfər əhalisi olan bu ada dinc istirahət axtaranlar üçün ideal seçim hesab olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, El Hierro Kanar adaları arasında sahəsinə görə ikinci ən kiçik adadır və burada cəmi bir svetofor mövcuddur. Adada yerli, autentik mətbəx təklif edən çoxsaylı restoranlar fəaliyyət göstərir, təbiət mənzərələri isə ziyarətçilərə unudulmaz görüntülər təqdim edir.
Adaya çatmaq üçün əvvəlcə Tenerife adasına uçmaq, daha sonra isə bərə ilə El Hierroya keçmək mümkündür. Turistlərin əsasən Lanzarote və Tenerifeni seçməsi səbəbindən El Hierro uzun illərdir diqqətdən kənarda qalır.
Sərt və vəhşi gözəlliyi ilə tanınan El Hierro təxminən 1,2 milyon il əvvəl Atlantik okeanının dərinliklərində baş verən güclü vulkan püskürmələri nəticəsində formalaşıb. Bu proses adada qeyri-adi landşaft, maraqlı qaya strukturları və qara vulkanik qum sahilləri yaradıb.
Adanı əhatə edən saf və şəffaf sularda müxtəlif balıq növləri və skat balıqları yaşayır. El Hierro həmçinin dalğıclıq və təbiət turları üçün əlverişli məkan kimi tanınır.
Daily Mailin yazdığına görə, bu "gizli" ada qış mövsümündə istirahət üçün xüsusilə uyğundur. Burada mütləq ziyarət edilməli yerlərdən biri Mirador de la Peña baxış meydançasıdır. Bu nöqtə adanı yuxarıdan seyr etmək istəyən turistlər arasında populyardır.
Tripadvisor istifadəçilərindən biri bu məkan haqqında belə yazıb: "Bir fincan qəhvə içərək El Hierro adasının nəfəs kəsən mənzərələrini quş baxışı ilə seyr edə biləcəyiniz möhtəşəm yer".
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, turistlərin azlığına baxmayaraq, qış aylarında El Hierro adasında hava temperaturu təxminən 20 dərəcə isti olur. Bu isə onu səs-küydən uzaq, rahat və mülayim iqlimli istirahət üçün ideal məkana çevirir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 637 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabr