Pişiklər necə "təşəkkür edir?"
Baytarlar pişiklərin hansı davranışları ilə sahiblərinə minnətdarlıq və sevgilərini ifadə etdiklərini izah ediblər. Pişiklər hisslərini sevgi, təşəkkür və bağlılığı hər zaman dərhal fərq etmədiyimiz incə üsullarla göstərməyi bacarırlar.
Lent.az pişiklərlə bağlı maraqlı faktları təqdim edir:
Hədiyyə gətirirlər
Pişiklər bəzən sahiblərinə öz "xəzinələrini" oyuncaqlarını və ya hətta ovladıqları heyvanları gətirirlər. Doktor Hantın sözlərinə görə, bu davranış bağlılığın ifadəsi ola bilər və ya ana pişiyin balalarına ov etməyi öyrətməsini xatırladan instinktiv hərəkətdir.
Evdə sizi izləyirlər
Əgər pişiyiniz daim arxanızca gəzirsə, bu, sizinlə ünsiyyəti qiymətləndirdiyini və yanınızda olmaq istədiyini göstərir. Hant qeyd edir ki, bu davranış bir növ komplimentdir və pişiyin sizinlə vaxt keçirməkdən məmnun olduğunu göstərir.
Başını sizə sürtür
Pişik əllərinizə, ayaqlarınıza və ya bədəninizə üzünü sürtəndə öz qoxusunu buraxaraq sizi "özününkü" kimi işarələyir. Bu, onun sizə güvəndiyini və yanınızda özünü rahat hiss etdiyini göstərir.
Yavaş-yavaş gözlərini qırpır
Yavaş göz qırpma pişiklərdə bir növ "öpüş" və ya salamlaşma jesti hesab olunur. Hant məsləhət görür ki, siz də eyni şəkildə cavab verəsiniz bu, aranızdakı bağı və qarşılıqlı etibarı gücləndirir.
Üzərinizdə və ya yanınızda yatır
Əgər pişik çiyninizdə, qucağınızda və ya sadəcə yanınızda yatmağı seçirsə, bu, onun özünü təhlükəsiz hiss etdiyini və sizə qarşı sevgi göstərdiyini bildirir.
Pəncələri ilə "yoğur"
Bu davranış pişik balalığı dövründən gəlir. Balalar analarının südünün gəlməsini stimullaşdırmaq üçün pəncələri ilə yoğururlar. Yetkin pişiklərdə isə bu, məmnunluq, güvən və sakitliyin əlamətidir.
Sizi evdə sevinclə qarşılayırlar
Qapıda qarşılamaq pişiyin sizin qayıdışınıza sevindiyini göstərən sadə bir üsuldur. Bəzən pişiklər arxası üstə uzanaraq qarınlarını göstərirlər ki, bu da yüksək etibar əlamətidir, çünki bu vəziyyətdə onlar daha həssas olurlar.
Yalama
Pişiklərdə bir-birini və ya sahiblərini yalamaq qayğı və valideyn bağlılığı ilə əlaqəlidir. Evdə güclü emosional bağ qurmuş pişiklər sahiblərini yalayaraq sevgilərini və bağlılıqlarını ifadə edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 881 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Duzun saxta olduğunu öyrənməyin asan yolu
Supermarket rəflərində onlarla oxşar duz növünə rast gəlmək olar. Qablaşdırmadakı "təbii" və "əlavəsiz" etiketlər çox vaxt çaşdırıcı olur. Bir çox insan süfrəsinə qoyduqları məhsulun həqiqətən yüksək keyfiyyətli olub-olmadığını müəyyən etməkdə çətinlik çəkir. -ın xəbərinə görə, bununl
14 iyunMəşhur aktrisa dünyasını dəyişdi
Amerikalı məşhur aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib. xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa sepsis səbəbindən dünyasını dəyişib. Bu barədə onun sevgilisi Roy Hernandez məlumat verib. Onun sözlərinə görə, aktrisa bir neçə əlavə xəstəlikdən əziyyət çəkib. Qeyd edək ki, Çeyz aktrisalıq fəaliyyətin
18 iyunMedina "Qarabağ"dan getdi
"Qarabağ" Kevin Medina ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Qeyd edək ki, K.Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 200-dən çox oyuna çıxıb, 6 dəf
17 iyunTətil cəhənnəmə dönəcək - Bu insanlarla səyahətə çıxmayın
Birgə səyahət dostluğu daha da möhkəmləndirə və ya əksinə, münasibətləri tamamilə korlaya bilər. Mütəxəssislərin fikrincə, gələcəkdə problemlə üzləşib-üzləşməyəcəyinizi səfərə çıxmazdan əvvəl də müəyyən etmək mümkündür. Çünki bəzi xəbərdaredici əlamətlər biletlər alınmadan və otel bron edilmədən önc
18 iyunPəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan" qorumağın çox praktik və təbii bir yolu var: Dəfnə yarpağı!. xəbər verir ki
20 iyunFransada futbolçu danışılmış oyunlara görə saxlanıldı
Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə
18 iyunBeynimiz iki işi eyni anda görə bilir - ABŞ-li alimlərdən yeni kəşf
ABŞ alimləri müəyyən ediblər ki, insan beyni eyni anda iki mürəkkəb tapşırığa diqqət yetirmək, yəni əsl çoxistiqamətli fəaliyyət (multitaskinq) göstərmək xüsusiyyətinə malikdir. xəbər verir ki, bu barədə "knife.media" məlumat yayıb. Əvvəllər alimlər daha çox qısamüddətli perspektivdə məlumatları
14 iyunTanrını görmək üçün 5 ildir ayaqüstə dayanır
Hindistanda yaşayan bir rahib beş ildir ki, nə oturur, nə də uzanıb yatır. O, bu qeyri-adi həyat tərzini dini andının bir hissəsi kimi davam etdirir və məqsədinin ruhunu təmizləyərək Şiva tanrısına yaxınlaşmaq, eləcə də onu görmək olduğunu bildirir. xarici mediaya istinadla xəbər verir ki, Daulat Gir
19 iyun