Antarktidada 362 müəmmalı sarsıntı: "Qiyamət buzlağı" altdan parçalanır?
Antarktidanın ən həssas nöqtələrindən biri sayılan Thwaites buzlağı səssiz, lakin dərin təhlükə ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, alimlər "Qiyamət buzlağı" kimi tanınan bu nəhəng buz kütləsinin son on il ərzində yüzlərlə dəfə sarsıldığını müəyyən ediblər. Aşağı tezlikli dalğalara malik olduqları üçün indiyədək radarların diqqətindən yayınan bu zəlzələlər buzlaqda qeyri-sabitliyin gözləniləndən qat-qat ciddi olduğunu göstərir.
Avstraliya Milli Universitetindən tədqiqatçı Than-Son Fam 2010-2023-cü illər arasında Antarktidada baş verən 360-dan çox buzlaq zəlzələsini üzə çıxarıb. Bu seysmik hadisələrin 245-i birbaşa Thwaites buzlağı ətrafında qeydə alınıb. İndiyədək bu sarsıntıların aşkarlanmamasının əsas səbəbi onların Qrenlandiyada müşahidə edilən oxşar hadisələrlə müqayisədə xeyli zəif olması idi. Fam qlobal detektor şəbəkələri əvəzinə Antarktidanın daxilində yerləşən seysmik stansiyalardan istifadə edərək bu gizli hərəkətliliyin xəritəsini çıxara bilib.
Buzlaq zəlzələləri adətən nəhəng buz kütlələrinin əsas gövdədən qoparaq aşması nəticəsində yaranır. Araşdırmaya görə Thwaitesdə müşahidə edilən sarsıntılar təkcə mövsümi temperatur dəyişiklikləri ilə bağlı deyil. Bu zəlzələlərin buzlağın dənizə doğru axan hissəsinin sürətləndiyi dövrlərlə paralel getməsi diqqət çəkir. Son otuz ildə Thwaitesdən okeana axan buzun həcmi iki dəfə artıb. Bu fakt sarsıntıların sadəcə nəticə deyil, eyni zamanda əriməni sürətləndirən mexanizmə çevrildiyini düşündürür.
Thwaites buzlağının tam çökməsi qlobal dəniz səviyyəsini təxminən 3 metr yüksəltmək potensialına malikdir. Bu isə sahilyanı şəhərlərin xəritədən silinməsi üçün kifayət qədər böyük göstəricidir. Tədqiqatda diqqət çəkən digər məqam Pine Island buzlağı yaxınlığında qeydə alınan sarsıntılar olub. Sahildən 60-70 kilometr daxildə baş verən bu hadisələrin səbəbi hələ də aydın deyil. Mütəxəssislər bu sarsıntıların mahiyyətini və buzlaqların parçalanma prosesinə təsirini anlamaq üçün bölgədə araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 733 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrZelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr