"Azərbaycan Cənubi Qafqazın iqtisadi gələcəyini öz iradəsi və resursları ilə formalaşdırır" - AÇIQLAMA

"Azərbaycan Cənubi Qafqazın iqtisadi gələcəyini öz iradəsi və resursları ilə formalaşdırır" - AÇIQLAMAErmənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.

"Hazırda proseslər gedir - Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparır", - Paşinyan vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında iqtisadi təmasların mal siyahılarının mübadiləsi səviyyəsinə qalxması rəsmi Bakının bölgədə formalaşdırdığı yeni geosiyasi reallığın və iqtisadi hegemonluğunun məntiqi nəticəsidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu proses, hər şeydən öncə, Azərbaycanın "iqtisadi diplomatiya" strategiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir.
​Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sadəcə hərbi güc deyil, həm də regionun "enerji və logistik mərkəzi" statusunu qazanıb. Ermənistanın Azərbaycanın neft məhsullarını almağa hazır olması və bunun üçün şirkətlər səviyyəsində əlaqələrin qurulması Bakının regional liderliyinin rəsmi İrəvan tərəfindən de-fakto qəbul edilməsidir. Azərbaycanın təklif etdiyi bu əməkdaşlıq modeli Ermənistan üçün iqtisadi xilas yolu olduğu halda, Azərbaycan üçün öz nüfuz dairəsini iqtisadi rıçaqlarla möhkəmləndirmək deməkdir.
​Bu məqam həm də Azərbaycanın sülh gündəliyinə nə qədər sadiq və konstruktiv yanaşdığını göstərir. Ermənistanın daxilindəki müəyyən radikal qrupların və yanacaqdoldurma şəbəkələrinin imtinasına baxmayaraq, bazarın və rəsmi qurumların bu reallığa uyğunlaşması Azərbaycanın iqtisadi cəlbediciliyinin qarşısıalınmaz olduğunu sübut edir. Azərbaycan öz enerjisini Ermənistan bazarına çıxarmaqla həm də bölgədə kənar oyunçuların iqtisadi manipulyasiya imkanlarını daraldır.
​Nəticə etibarilə, bu ticarət perspektivi Azərbaycanın bölgədə yaratdığı "davamlı sabitlik" arxitekturasının ən mühüm elementlərindən biridir. Azərbaycan qalib dövlət kimi təkcə torpaqlarını azad etməyib, həm də bütün Cənubi Qafqazın iqtisadi gələcəyini öz iradəsi və resursları ilə formalaşdırır. İrəvanın Azərbaycan benzini və digər malları üçün növbəyə durması Bakının strateji üstünlüyünün və regional oyun qurucusu statusunun ən aydın göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 700   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr