"SAB" müştəriləri belə aldadır
"SAB" ət və süd məhsulları brendi məhsullarının adı və etiketində istehlakçıları aldadır.
XALQ Tribuna.az-a istinadən xəbər verir ki, "SAB"ın hind toyuğu adı ilə təqdim etdiyi hisə verilmiş və qablaşdırılmış ət məhsulu əslində hind toyuğu ətindən hazırlanmır.
Qablaşdırmanın üzərində böyük hərflərlə hind toyuğu sözü bu məhsulun hind toyuğu ətindən hazırlandığı təsiri bağışlasa da, əslində belə deyilmiş. Çünki məhsulun etiketində tərkibində hind toyuğu əti olmadığı açıq görünür.
Məhsulun etiketinə əsasən onun tərkibi - mal əti, toyuğun döş əti, buğda unu, kərə yağı, xörək duzu, ekstrak ədviyyatlar: hil, muskat, istiotdan ibarətdir. Tərkibdən də göründüyü kimi hind toyuğu adı ilə satılan bu məhsulda hind toyuğundan əsər-əlamət yoxdur.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu kimi hallara qarşı tez-tez reyd və yoxlamalar keçirir. AQTA məhsulun adında başqa, etiketindı və tərkibində başqa ət aşkarladığı zaman bu uyğunsuzluğa görə müəssisəni cərimələyir, sözügedən müəssisənin vəzifəli şəxsləri barəsində inzibati məsuliyyət tədbirləri görür və məhsulun istehsalına qadağa qoyur.
Sözügedən müəssisə ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Qeyd edək ki, "SAB" brendi altında ət və süd məhsulları istehsal edən müəssisə "Zəhmət-Ruzi" MMC-dir. MMC-nin Baş icraçı direktoru Elnur Badalovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1587 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021