"Hədəflərimiz arasında təmiz ekoloji mühitin qorunması prioritetdir" - DEPUTAT

"Hədəflərimiz arasında təmiz ekoloji mühitin qorunması prioritetdir" - DEPUTAT"8 yanvarda Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin investisiyası ilə 240 MVt gücündə Külək Elektrik Stansiyasının açılışının baş tutması yeni bir tarixin başlanğıcının ilkin mərhələsidir. Azərbaycan hadisələri və zamanı qabaqlayır. Bu günə qədər ölkəmizdə icra olunmuş bir çox layihələr uzaqgörənliklə həyata keçirilib və lazım olan zamanda mühüm töhfələr verməyə başlayıb. Bəzi hallarda beynəlxalq tərəfdaşların vaxtında səmərəsiz hesab etdiyi layihələr bu gün onlar üçün ən vacib ümid mənbəyinə çevrilib. Məsələn, Cənub Qaz Dəhlizi bu gün hamı üçün çox maraqlı və əməkdaşlıq baxımından arzu olunan bir mənbədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb.

O, açıqlamasında qeyd edib ki, bu gün Azərbaycanın xarici sərmayədarları cəlb edərək ərsəyə gətirdiyi günəş və külək elektrik stansiyalarının generasiya etdiyi elektrik enerjisinə təkcə ölkəmizdə deyil, həmçinin Avropada da böyük ehtiyac yaranacaqdır:

"Bu baxımdan deyə bilərik ki, dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı inkişaf etdirməklə yanaşı, bir çox layihələrdə öndə gedən və zamanı qabaqlayan ölkəyə çevirib. Bərpaolunan enerji gündəliyimiz olduqca genişdir və bu sahədə potensialımız da çox böyükdür. Belə ki, dənizdə 157, quruda isə 40 giqavatdan çox təsdiqlənmiş bərpaolunan enerji potensialımız mövcuddur. Bu gün ölkəmizdə 10 min meqavat elektrik enerjisi ənənəvi yollarla istehsal olunur. 2032-ci ildə isə bunun 8 giqavatı yalnız bərpaolunan enerji mənbələri hesabına istehsal ediləcəkdir.

230 meqavat gücündə istifadəyə verilmiş Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də dünən istismara verilən 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası ilə başlanan bu yol Biləsuvar, Neftçala və Naxçıvan Günəş Elektrik Stansiyalarının, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşası davam etdirilən və ümumi gücü 340 meqavat olan üç stansiyanın dövriyyəyə qoşulması ilə davam edəcəkdir. Bərpaolunan enerji sektorumuz beynəlxalq əməkdaşlıq üçün də yeni imkanlar açır. Belə ki, podratçı qismində iştirak edən "PowerChina" şirkəti bu sahənin inkişafında yaxından rol oynayır. Ən vacib məqamlardan biri də odur ki, yerli şirkətlərimiz də bərpaolunan enerji sahəsinin formalaşdırılmasında fəal iştirak etmək istəyirlər. Ümumilikdə Azərbaycan energetiklərinin peşəkarlığının artması həm bərpaolunan enerjinin vahid elektrik şəbəkəsinə uğurla inteqrasiyasında, həm də enerji saxlanc batareyaları sistemlərinin yaradılmasında özünü göstərir. Bu baxımdan "Azərenerji" tərəfindən yaradılacaq 240 meqavat gücündə Batareya Saxlanc Mərkəzi bərpaolunan enerjinin saxlanması və dayanıqlı təminatında mühüm rol oynayacaqdır".

Deputat onu da vurğuladı ki, bərpa olunan enerji sektorunun inkişafı ölkəmizə böyük həcmdə təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarının azaldılmasına imkan verəcəkdir:

"Hədəflərimiz arasında təmiz ekoloji mühitin qorunması prioritetdir və bu baxımdan bərpaolunan enerji sektorunun inkişafı həlledici rol oynayır. Digər mühüm məsələ isə böyük hədəflər kimi müəyyən etdiyimiz süni intellekt və data mərkəzlərinin yaradılması və onların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində bərpaolunan enerji sektorunun əhəmiyyətli rol oynayacağıdır. Bərpaolunan enerji potensialımızın artması ixrac qabiliyyətimizi də yüksəldəcəkdir. Bu günə qədər əsasən neft, neft məhsulları və təbii qaz ixrac edirdiksə, gələcəkdə bərpaolunan enerjini də Avropa bazarlarına ixrac etmək imkanına malik olacağıq. Bu isə ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, siyasi mövqelərimizin güclənməsinə də töhfə verəcəkdir. Sonda qeyd etmək istərdim ki, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi yalnız enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf modelinin əsas prioritetlərindən biridir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 822   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr