Qışda xəstəliklərdən qorunmaq üçün nə yeməliyik?
Qış aylarında orqanizm infeksiyalara qarşı daha həssas olur. Bu dövrdə düzgün qidalanma xəstəliklərin profilaktikasında mühüm rol oynayır. Ona görə də gündəlik rasionda C, E, A və D vitaminləri ilə yanaşı, selen, dəmir və sinklə zəngin qidalara xüsusi yer verilməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Maryana Cutova "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, antioksidantlar, polifenollar, vitaminlər və bioaktiv maddələrlə zəngin qidalar immunitetin möhkəmləndirilməsində effektivdir. Portağal, qreypfrut və limon kimi sitrus meyvələri C vitamini mənbəyidir. Bu vitamin ağ qan hüceyrələrinin aktivliyini artırır və interferon sintezini gücləndirir.
Mütəxəssis bildirib ki, süd məhsulları, turşuya qoyulmuş kələm və qatıq bağırsaq mikrobiomunu tənzimləyən probiotiklərlə zəngindir. İmmunitet sisteminin təxminən 70-80 faizi məhz mədə-bağırsaq traktında yerləşir. Sarımsaq və soğan isə orqanizmi virus əleyhinə və antibakterial təsirə malik allisin və flavonoidlərlə təmin edir.
Həm təzə, həm də dondurulmuş tünd rəngli giləmeyvələr - mərcangilə, zoğal və qaragilə iltihabı azaldan antosianlarla zəngindir. Qoz-fındıq, xüsusilə qoz və badam isə T-limfositlərin fəaliyyəti üçün vacib olan E vitamini və sink mənbəyidir.
Diyetoloqun sözlərinə görə, ispanaq və kələm kimi tünd yaşıl tərəvəzlər fol turşusu, dəmir və A vitamini ilə zəngindir. Bu qidalar virusları birbaşa məhv etməsə də, orqanizmin infeksiyalara daha effektiv reaksiya verməsinə, xroniki iltihabın azalmasına və selikli qişaların qorunmasına kömək edir.
Qış aylarında D vitamininə xüsusi diqqət yetirilməlidir. Bu vitamin antibakterial peptidlərin sintezini tənzimləyir və respirator infeksiyalara yoluxma riskini 30-50 faiz azaldır. D vitamininin əsas mənbələri yağlı balıq, ultrabənövşəyi şüa ilə emal olunmuş göbələklər, yumurta sarısı və zənginləşdirilmiş qidalardır.
Sink immunitet üçün digər vacib mikroelementdir. O, T-hüceyrələrinin inkişafında iştirak edir və virusların çoxalmasının qarşısını alır. Sink midiyalarda, paxlalılarda, qoz-fındıqda, mal ətində və toxumlarda mövcuddur.
A vitamini selikli qişaların bütövlüyünü qoruyur. Onun əsas mənbələri yerkökü, şirin kartof, qaraciyər və süd məhsullarıdır. Selen isə güclü antioksidant olan qlutation peroksidazanın sintezi üçün vacibdir və Braziliya qozunda, dəniz məhsullarında və yumurtada olur. Dəmir immun hüceyrələrinin çoxalmasında mühüm rol oynayır və mal qaraciyəri, ispanaq və mərciməkdə rast gəlinir. Dəmirin daha yaxşı mənimsənilməsi üçün onu C vitamini ilə zəngin qidalarla birlikdə qəbul etmək tövsiyə olunur.
Mütəxəssis qeyd edib ki, qidalanma immunitetin əsasını təşkil etsə də, qış aylarında, xüsusilə günəş işığının azlığı səbəbindən D vitamini əlavələrinə ehtiyac yarana bilər. Zəruri hallarda C vitamini və sink əlavələri də qısamüddətli istifadə oluna bilər.
Bununla belə, bütün qida əlavələrinin dozası mütləq həkim tərəfindən təyin edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 879 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr