Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan komandası çox güclüdür
Azərbaycanın karate üzrə güclü milli komandası var və onlar daim yüksək nəticələr göstərirlər
Bu barədə "Report"un Gürcüstan bürosuna açıqlamasında ölkənin Karate Federasiyasının prezidenti Timur Qiqnadze bildirib.
Onun sözlərinə görə, Tbilisidə Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə keçirilən "Karate 1 - Series A" turniri yüksək səviyyədə davam edir. Yarışın ikinci günündə 77 ölkəni təmsil edən 1200-dən çox idmançı mübarizə aparır.
Turnirdə dünyanın ən yüksək dərəcəli beynəlxalq hakimləri iştirak edir və Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos da Gürcüstandadır və yarışları yaxından izləyir.
Federasiya prezidenti xüsusilə Azərbaycan yığma komandasının çıxışını yüksək qiymətləndirib:
"Azərbaycan bu yarışda çox güclü komanda ilə təmsil olunur. Artıq hamıya bəllidir ki, Azərbaycanın karate üzrə güclü milli komandası var və onlar daim yüksək nəticələr göstərirlər. Burada Azərbaycan Karate Federasiyasının böyük və sistemli zəhməti var".
Timur Qiqnadze vurğulayıb ki, Azərbaycan karate idmanında gələcəkdə də yüksək peşəkarlıq nümayiş etdirəcək:
"Azərbaycanla bizi qədim dostluq əlaqələri birləşdirir. Azərbaycanda idmanın inkişafı Gürcüstan üçün də önəmlidir və biz hər zaman bir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edərək Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Karate 1 - Series A" turniri Dünya Karate Federasiyasının rəsmi reytinq yarışlarından biridir və Olimpiya xallarının toplanması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan bu yarışda 21 idmançı ilə təmsil olunur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 570 Tarix: 10 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabr"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabrAzərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabrAnçelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
15 sentyabr"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı
Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall
19 sentyabr