İzmir sahillərində batan rezin qayıqdan 37 miqrant xilas edilib
İzmirin Dikili rayonunun Bademli sahillərində aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində bir ədəd rezin qayığın içərisindən 37 qeyri-qanuni miqrant sağ olaraq xilas edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.
Nazir bildirib ki, ərazidə miqrant qayığının olduğu barədə məlumat daxil olduqdan dərhal sonra axtarış-xilasetmə üçün TCSG-61 və TCSG-907 təyin edilib.
Nəticədə əlverişsiz hava şəraiti səbəbindən yarıbatmış vəziyyətdə olan qayıq tapılıb. 37 nəfər xilas edilib, bir miqrantın isə cəsədi tapılıb.
Məlumata görə, miqrantların sayı ümumilikdə 45 nəfər olub və itkin düşdüyü ehtimal edilən 7 qeyri-qanuni miqrantla bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Hadisə yerinə TCSG-502 nömrəli sahil mühafizəsi helikopteri cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 269 Tarix: 10 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Suda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayBu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar
Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb. "Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfində
20 mayMəşhur müğənnindən polisə qəribə təklif: "Evdə lazanya hazırlamışam" - VİDEO
Dünya şöhrətli müğənni Britney Spears növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan məşhur ifaçı avtomobildə reseptsiz dərman preparatları və boş şərab qədəhi ilə aşkarlanıb. Hadisə zamanı Spearsın avtomobildə
22 mayAvropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı
Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb. Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle"nin məlumatına görə, mədən şirkəti "Endomines" qış mövsümünd
18 mayFransa süni intellektdən fəal istifadə edilən filmlərə dəstəyi azaldacaq
Fransa filmlərin və onların tərcümələrinin yaradılmasında süni intellektdən (Sİ) həddindən artıq istifadə olunmasına qarşı çıxır. "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Katrin Peqar 79-cu Kann kinofestivalı çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə
17 mayKİV: Kuba ABŞ-nin mümkün hücumuna hazırlaşır
Kuba rəhbərliyi ABŞ tərəfindən ehtimal olunan hərbi müdaxilə qorxusu fonunda ölkənin müdafiə qabiliyyətini artırır. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Mənbələrin verdiyi məlumata görə, sakinlər hərbi təlimlərə cəlb olunur və mümkün hücum halında partizan müharibəsinə hazırlıq görürlər. Mülk
17 may