Kartof haqqında 5 mif
Sağlam qidalanma tərəfdarları tez-tez kartofu "zərərli" məhsullar siyahısına daxil edir və onu rasionda ən arzuolunmaz tərəvəzlərdən biri adlandırırlar. Kartofun ətrafında çoxlu yanlış təsəvvürlər formalaşıb.
Lent.az bu 5 mifi təqdim edir:
Birinci mif kartof çox kalorilidir.
Əslində, 100 qram adi qaynadılmış kartofda təxminən 77 kilokalori var. Bu, eyni miqdarda çörəklə müqayisədə təxminən üç dəfə azdır. Yüksək kalorililik əsasən qızardılmış kartofda və çoxlu yağla hazırlanan yeməklərdə ortaya çıxır.
İkinci mif kartof yalnız nişastadan ibarətdir və heç bir faydası yoxdur.
Hətta qaynadılmış kartofun bir porsiyası belə orqanizmi gündəlik C vitamini tələbatının təxminən 10 faizi, kalium ehtiyacının isə 20 faizi ilə təmin edir. Bundan əlavə, kartof iltihabəleyhinə xüsusiyyətlərə malikdir, əhval-ruhiyyəyə müsbət təsir göstərə, bağırsaqların, görmə orqanlarının və ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə, həmçinin diabet riskinin azalmasına kömək edə bilər. Faydalı maddələrin böyük hissəsi məhz kartofun qabığında yerləşir. Buna görə mütəxəssislər mümkün olduqda kartofu qabığı ilə bişirməyi və ya qaynatmağı tövsiyə edirlər.
Üçüncü mif batat kartofdan xeyli daha faydalıdır.
Praktikada bu iki kök tərəvəzin kalorililiyi və qlisemik indeksi bir-birinə çox yaxındır. Tərkibləri fərqli olsa da, bu fərq onlardan birini tamamilə rasiondan çıxarmağı əsaslandıracaq qədər böyük deyil. Mütəxəssislər hər iki məhsulu növbəli şəkildə istehlak etməyi məsləhət görürlər.
Dördüncü mif kartofu ətlə birlikdə yemək olmaz.
Bəzi insanlar hesab edir ki, kartofun tərkibindəki müəyyən zülallar ət zülalının həzmini çətinləşdirir. Lakin istilik emalı zamanı bu maddələr parçalanır. Buna görə kartof və ətin birlikdə yeyilməsi həzm üçün təhlükə yaratmır.
Beşinci mif kartof birbaşa diabetə səbəb olur.
Araşdırmalar göstərir ki, risk insan gündəlik olaraq artıq üç porsiya kartof istehlak etdikdə təxminən 3,5 faiz artır. Kartof fri isə bu göstəricini 36 faizə qədər yüksəldir. Beləliklə, əsas rol kartofun özünə deyil, onun miqdarına, istifadə tezliyinə və hazırlanma üsuluna aiddir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2830 Tarix: 11 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr