Təkrar istifadə olunan su şüşələrini hər gün yumaq lazımdır - Ekspertlərdən XƏBƏRDARLIQ

Təkrar istifadə olunan su şüşələrini hər gün yumaq lazımdır - Ekspertlərdən XƏBƏRDARLIQTəkrar istifadə olunan su şüşələrindən istifadə, ekoloji baxımdan faydalı vərdiş hesab olunsa da, düzgün qulluq edilmədikdə bu aksesuar immun sisteminə zərər verə bilər.

Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Pittsburq Universitetinin Tibb Mərkəzi və Beylor Kollecinin mütəxəssisləri sadəcə butulkanı yaxalamağın niyə kifayət etmədiyini və butulkanın materialının sağlamlıq risklərinə necə təsir göstərdiyini izah ediblər.

Tibb bacısı Miçel Knepper xəbərdarlıq edir ki, butulka gigiyenasına laqeyd yanaşmaq yalnız mədə-bağırsaq pozuntularına deyil, həm də boğazda qaşınma kimi spesifik əlamətlərə səbəb ola, allergiya və astmanın kəskinləşməsini törədə bilər.

Bakteriyalar şüşənin içinə ağızdan və yuyulmamış əllərdən düşür və xüsusilə çətin təmizlənən yerlərdə - qapağın yivlərində, klapanlarda və borucuq hissələrində toplanır.

Mütəxəssislər material fərqinə xüsusi diqqət çəkirlər: plastik butulkalar, şüşə və ya metal olanlara nisbətən daha risklidir. Plastik daxildən daha asan cızılır və bu mikrozədələr mikroblar üçün ideal "sığınacaqlara" çevrilir, onları yumaq isə xeyli çətin olur.

Gündəlik qulluq üçün isti sabunlu su və butulka üçün xüsusi fırça ilə mexaniki təmizləmə kifayətdir. Dərin dezinfeksiya (həftədə bir dəfə) üçün mütəxəssislər üç üsul tövsiyə edir: məhsulun üzərində icazə varsa, qabyuyan maşında yumaq, gecəboyu diş protezlərinin təmizlənməsi üçün olan tabletlə suda islatmaq və sirkə və ya xörək sodası məhlulundan istifadə etmək.

Əgər butulkanın içində gözlə görünən kif və ya yuyulduqdan sonra da getməyən köhnə, rütubətli qoxu hiss edilirsə, butulka dərhal utilizasiya edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 749   Tarix: 11 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir

"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi

15 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr