Nurlan Həsənli yenidən iş başında: Qanunsuz estetik əməliyyatlar

Nurlan Həsənli yenidən iş başında: Qanunsuz estetik əməliyyatlarSəhiyyə Nazirliyinin plastik cərrah kimi fəaliyyətinə icazə vermədiyi və adı uğursuz cərrahi əməliyyatda çəkilən Nurlan Həsənli işinə davam edir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, özünü plastik cərrah kimi təqdim edən Nurlan Həsənli sosial şəbəkələrin bəzisində yeni hesab yaradıb, bəzisində isə köhnə adını yenisi ilə əvəzləyib.
O, "facebook" hesabında əlaqə üçün "Mərcan Medicare" klinikasından əlaqə nömrəsi qeyd etsə də, klinikadan onun həmin xəstəxanada işləmədiyini bildirdilər.
Məlumatın doğruluğunu yoxlayarkən "Mərcan Medicare" klinikasının rəsmi saytında həkimlər bölməsində Nurlan Həsənlinin adına rast gəlmədik.
Nurlan Həsənli hazırda "Glamour Estetik" klinakasında çalışaraq mamoplastika, üzgərmə, bədən şəkilləndirmə, abdominoplastika, rinoplastika, liposaksiya və digər estetik əməliyyatları icra edir.
Xatırladaq ki, Nurlan Həsənlinin adı jurnalist Qənirə Ataşovanın diplomu və Səhiyyə Nazirliyi tərəfindən müvafiq sertifikatı olmayan plastik cərrahların siyahısında yer almışdı.
Onun adı, həmçinin bloqer fəaliyyəti göstərən Nərminin ölümündə hallanırdı. Belə ki, 2024-cü ildə Xocalı prospekti 25 ünvanındakı idman kompleksinin həyətində meyiti tapılan Nərmin İsgəndərlinin bir müddət öncə "Mərcan Medicare" klinikasında Nurlan Həsənliyə burun əməliyyatı etdirdiyi iddia olunurdu. Lakin klinikanın baş həkimi Araz Ağayev əməliyyatın ölüm halından bir ay öncə və başqa həkim tərəfindən icra olunduğunu açıqlamışdı.
Baş həkim Nurlan Həsənlinin Rusiyada tibb təhsili aldığını, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərdiyini qeyd edib.

Nurlan Həsənli yenidən iş başında: Qanunsuz estetik əməliyyatlarNurlan Həsənli yenidən iş başında: Qanunsuz estetik əməliyyatlar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 618   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr