13 milyard işıq ili uzaqlıqdan gələn 10 saniyəlik siqnal
Kainatın ən qaranlıq və ən uzaq guşələrindən yola çıxan 10 saniyəlik sirli bir siqnal bəşəriyyət tərəfindən aşkar edilib. Elmi dairələrdə böyük maraq doğuran bu yeni kəşf bizi zamanın başlanğıcına, kainatın cəmi 730 milyon yaşında olduğu "şəfəq dövrü"nə aparır.
Qaynarinfo xəbər verir ki, Yer orbitində yerləşən peyklərin təsdiqlədiyi məlumatlara görə, 13 milyard işıq ili uzaqlıqdan gələn bu enerji partlayışı böyük ehtimalla nəhəng bir ulduzun supernova kimi partlaması nəticəsində yaranıb. Kosmosda məsafə eyni zamanda zaman demək olduğu üçün alimlər əslində hazırda 13 milyard il əvvəl baş vermiş bir hadisəni müşahidə edirlər.
"GRB 250314A" adlandırılan bu yüksək enerjili qamma şüa partlayışı ilk dəfə 14 mart 2025-ci ildə fransız və çinli alimlərin birgə layihəsi olan "SVOM" peyki tərəfindən qeydə alınıb. Qamma şüaları insan bədənindən belə keçə bilən, rentgen şüalarından xeyli güclü və gözlə görünməyən enerji dalğalarıdır. Kosmosda nəhəng ulduzlar çökərkən yaranan bu son dərəcə güclü radiasiya Yerə çatanda xeyli zəifləsə də, inkişaf etmiş teleskoplar üçün demək olar ki, koredici bir işıq mənbəyinə çevrilir. Bu partlayış isə təkcə uzaqlığı ilə deyil, müasir ulduz partlayışları ilə təəccüblü dərəcədə oxşarlığı ilə də diqqət çəkir.
Kosmik zaman maşını: Ceyms Uebb fəaliyyətdədir
Elm aləmində uzun müddətdir ki, kainatın ilk dövrlərindəki ulduzların daha böyük, daha isti və daha vəhşi partlayışlar yaratdığı düşünülürdü. Lakin 2025-ci ilin yayında Ceyms Uebb Kosmik Teleskopunun partlayışdan qalan zəif parıltını araşdırması ilə mənzərə dəyişdi. Radboud Universitetindən professor Endryu Levanın rəhbərlik etdiyi tədqiqatlar bu qədim supernovanın müasir partlayışlarla demək olar ki, eyni olduğunu göstərdi. Bu isə o deməkdir ki, kainat cəmi beş faiz yaşında olarkən belə ulduzlar milyardlarla il sonrakı "nəsilləri" ilə eyni şəkildə həyatlarını başa vururdular.
2025-ci ilin dekabrında dərc olunan yeni araşdırmalar bu kəşfin kosmik tarix anlayışımızı sarsıda biləcəyini ortaya qoyur. Adətən Böyük Partlayışdan dərhal sonra yaranan ilk nəsil ulduzların çox qısaömürlü olması və Günəşimizdən fərqli elementlər ehtiva etməsi gözlənilirdi. Lakin bu son siqnal ilk ulduzların düşünüləndən daha "tanış" bir quruluşa malik olduğunu sübut edir. Bu isə ya kainatın gözləniləndən daha sürətlə yetkinləşdiyini, ya da ulduzların ölümü ilə bağlı əsas nəzəriyyələrimizdə boşluqlar olduğunu göstərir.
Elm adamları indi "Ceyms Uebb"in imkanlarından istifadə edərək kainatın ilk bir milyard ilinə dair daha çox ipucu əldə etməyi və bu "müasir görkəmli qədim nəhənglər"in sirrini açmağı hədəfləyirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1688 Tarix: 16 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrQadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr