Zəlzələ mövzusunda kimə inanmalıyıq? - AÇIQLAMA

Zəlzələ mövzusunda kimə inanmalıyıq? - AÇIQLAMASon günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin"in proqnozları barədə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazisində zəlzələləri öyrənən, ərazilərin kompleks geogiziki-seysmoloji-geodinamik və geokimyəvi tədqiqatını aparan yeganə dövlət təşkilatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzidir.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, hazırda 84 stansiya məlumatları ilə rəqəmsal seysmoloji, eləcə də respublika ərazindəki 300 -ə yaxın poliqonda il ərzində geofiziki və maqnitometrik, geokimyəvi, 24 GPS stansiya vasitəsi ilə geodinamik tədqiqatlar aparılır.

"Həmin tədqiqatların nəticəsi olaraq Azərbaycan ərazisinin seysmikliyi qiymətləndirilir. Onu da qeyd etmək istəyirəm ki, bu tədqiqatların nəticələri və təhlilləri mərkəzin müvafiq şöbələrində aparılır və biz hansısa fikir söyləyəndə alınmış nəticələrə istinad edirik".

V.Rafiqqızı bildirib ki, başqa təşkilatlarda bu işlər aparılmadığına, hətta hər hansı stansiya və sahə üzrə tətbiq olunan avadanlıqlar və cihazlar olmadığına görə elə mən də sual verirəm ki, ümumi fikirlərlə danışıb insanlarda narahatlıq yaratmağa çalışan, yaxud da maqnitudası 3 və ya ondan bir az çox olan zəlzələ baş verəndən sonra zəlzələ mövzusu ilə özünü gündəmə gətirməyə çalışan "ekspertlər" söylədikləri fikirləri hansı tədqiqatlara əsaslanır? Azərbaycan dövləti və Cənab Prezidentimizin daimi diqqəti və qayğısı sayəsində ölkəmizdə müasir seysmik stansiyalar şəbəkəsi qurulub.

"Cihaz və avadanlıqlar alınıb. Yüksək texnologiyalı emal proqramları tətbiq olunur bu sahədə. Seysmologiyada dəqiq proqnoz məsələsi bu gün bütün dünya seysmologiya elminin həll edə bilmədiyi sualdı. Ona görə də kiminsə çıxıb bu mövzuda "mən demişdim oldu, ya da olmadı"-kimi fikirlərlə çıxış etməsi həm elmi baxımdan əsassız fikirlərdir. Yeri gəlmişkən, bir fikri də əlavə edim ki, həmin "ekspertlər" 2025-ci ilin əvvəlində də ilin seysmik baxımdan aktiv olacağına dair "proqnozlar" vermişdilər. 2025-ci ildə isə Azərbaycan ərazisində həm baş verən zəlzələlərin zəif olması həm də aparılan digər tədqiqatların nəticəsi baxımdan seysmiklik zəif oldu", - deyə şöbə müdiri qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 495   Tarix: 17 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr