Son 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLAR

Son 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLARRusiyanın Kamçatka bölgəsində günlərdir davam edən şiddətli qar fırtınası həyatı iflic edib. Qarın hündürlüyü bəzi yerlərdə 3 metri keçib, hətta binaların dördüncü mərtəbəsinə qədər ucalıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.

Milli.Az xəbər verir ki, güclü qar yağışı və külək səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub. Yollar tamamilə bağlanıb, nəqliyyatın hərəkəti dayanıb və bir çox kəndlərlə əlaqə kəsilib. Paytaxt Petropavlovsk-Kamçatski şəhərində məktəblər bağlanıb, ictimai nəqliyyat fəaliyyətini dayandırıb.

Havanın bir qədər isinməsi ilə damlarda toplanan nəhəng qar kütlələri sürüşərək insanların üzərinə düşüb. İki fərqli binanın damından düşən qarın altında qalan 60 və 63 yaşlı iki kişi dünyasını dəyişib. Səlahiyyətlilər vətəndaşları binaların yaxınlığında gəzməməyə çağırıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi qeyri-adi görüntülər paylaşıb. Evlərində sıxılıb qalan yaşlı insanlara kömək etmək üçün xilasedicilər hündürlüyü bir neçə metr olan qar yığınlarının içində tünellər qazmaq məcburiyyətində qalıblar.

Bölgənin Fövqəladə Hallar naziri Sergey Lebedev sakinləri ehtiyatlı olmağa çağırıb: "Temperatur yüksəldiyi üçün damlardakı nəhəng qar kütlələri sürüşməyə başlayıb. Lütfən, binaların yanından keçərkən başınızın üzərinə diqqət yetirin."

Son 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLARSon 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLARSon 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLARSon 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLARSon 30 ilin ƏN GÜCLÜ QARI! Binanın 4cü mərtəbəsinə çatdı - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 955   Tarix: 18 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021