Ölkədə baş verən bıçaqlanma və zorakılıq hadisələrində cəza mexanizmləri kifayət qədər sərtdirmi? - AÇIQLAMA

Ölkədə baş verən bıçaqlanma və zorakılıq hadisələrində cəza mexanizmləri kifayət qədər sərtdirmi? - AÇIQLAMASon illər Azərbaycanda bıçaqlanma və digər zorakılıq halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu tip hadisələr təkcə ictimai təhlükəsizlik məsələsi deyil, eyni zamanda cinayət hüququnun preventiv (qarşısınıalan) rolunun nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır. Əsas müzakirə mövzusu isə budur: mövcud cəza mexanizmləri bu cür ağır əməllərin qarşısını almaq üçün yetərlidirmi?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bıçaqlanma və zorakılıq əməlləri törədilmə formasından, nəticəsindən və təqsirin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif maddələrlə tövsif edilir.

Əgər bıçaqlanma nəticəsində qəsdən sağlamlığa ağır zərər vurulubsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, təqsirli şəxs 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Hadisə nəticəsində zərərçəkmişin ölümü baş verdikdə və bu ölüm qəsdən törədilibsə, əməl artıq qəsdən adam öldürmə kimi tövsif olunur və 120-ci maddəyə əsasən 9 ildən 14 ilədək, ağırlaşdırıcı hallarda isə ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Əgər bıçaqlanma qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnibsə, bu halda müvafiq olaraq 127-ci və 128-ci maddələr tətbiq olunur və azadlıqdan məhrumetmə ilə yanaşı, alternativ cəzalar da mümkündür.

Zorakılıq halları xuliqanlıq niyyəti, ictimai asayişin kobud şəkildə pozulması, bir qrup şəxs tərəfindən törədilmə, yetkinlik yaşına çatmayanlara qarşı, yaxud silah qismində bıçaqdan istifadə ilə müşayiət olunarsa, bu hallar ağırlaşdırıcı hallar hesab edilir və daha sərt cəza tətbiqinə səbəb olur (CM-nin 61-ci maddəsi).

Bu baxımdan, qanunvericilikdə nəzərdə tutulan cəzaların özü kifayət qədər sərtdir və beynəlxalq praktikaya uyğun hesab edilə bilər. Lakin problemin kökü yalnız cəzanın sərtliyində deyil.

Əsas məsələ cəzanın labüdlüyü prinsipinin tam təmin olunmamasıdır. Yəni, cinayət törədən hər bir şəxs istisnasız olaraq vaxtında aşkarlanmalı, məsuliyyətə cəlb edilməli və cəza real şəkildə icra olunmalıdır. Təcrübədə bəzi hallarda istintaqın gecikməsi, sübutların toplanmasında çətinliklər və ya barışıq mexanizmlərindən sui-istifadə cəmiyyətdə "cəzasızlıq" təəssüratı yarada bilər.

Nəticə etibarilə, demək olar ki, Azərbaycan qanunvericiliyində bıçaqlanma və zorakılıq hallarına görə nəzərdə tutulan cəza mexanizmləri formal olaraq kifayət qədər sərtdir. Lakin bu mexanizmlərin effektivliyi hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti, məhkəmə təcrübəsində vahid yanaşma və preventiv tədbirlərin gücləndirilməsi ilə birbaşa bağlıdır. Yalnız cəzanın mövcudluğu deyil, onun qaçılmaz olması zorakılıq hallarının azalmasına real təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 926   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr