Bu il populyarlığı sürətlə artacaq Avropanın az tanınan 10 şəhəri
Barselona və ya Venesiya kimi ənənəvi turizm mərkəzlərindəki izdihamdan qaçmaq istəyən turistlər daha sakit tempdə, nisbətən ucuz qiymətlərlə dincələ biləcəkləri az tanınan istiqamətlər axtarırlar.
Qaynarinfo xəbər verir ki, "Omio" platformasının yeni hesabatına əsasən, ötən il bir çox Avropa paytaxtları turizm baxımından zirvə dövrünü yaşasa da, yaxın dövrdə bu tendensiyanın dəyişəcəyi gözlənilir.
Araşdırmanın müəllifləri bildirirlər ki, 2026-cı ildə səyahətçilərin 21 faizi az tanınan yerlərə getmək istəyir. Respondentlər bunun əsas səbəbləri kimi daha aşağı qiymətləri (51 faiz), turistlərin azlığını (44 faiz) və unikal görməli yerləri və ya mədəniyyəti (40 faiz) göstərirlər. "Omio"nun məlumatlarına görə, ikinci dərəcəli şəhərlərdə bronların sayı illik müqayisədə 34 faiz artıb.
Mərkəzi İspaniyada yerləşən, təxminən 55 min əhalisi olan Seqoviya hazırda turist marağında ən böyük artımı göstərir. Şəhərə maraq səviyyəsi 96 faiz yüksəlib.
Seqoviya Madriddən cəmi 90 kilometr məsafədə yerləşir və Müqəddəs Yakov zəvvar yolu bu şəhərdən keçir. Şəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib və "şəhər-muzey" statusuna malikdir. Əsas görməli yerləri sırasında qotik Seqoviya kilsəsi və İspaniya krallarının sarayı olan Alkazar göstərilir.
Populyarlığı sürətlə artan Avropanın 10 az tanınan şəhəri:
1. Seqoviya, İspaniya (+96 faiz)
2. Mursiya, İspaniya (+86 faiz)
3. Bari, İtaliya (+85 faiz)
4. Antverpen, Belçika (+69 faiz)
5. Gent, Belçika (+66 faiz)
6. Malaqa, İspaniya (+63 faiz)
7. Faru, Portuqaliya (+51 faiz)
8. Krakov, Polşa (+51 faiz)
9. Brügge, Belçika (+49 faiz)
10. Rotterdam, Niderland (+49 faiz)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 570 Tarix: 20 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrSüni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr