Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi cavab

Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? - Rəsmi cavabNaxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, kəndin bir qrup sakini bu məqsədlə aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bunun əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər.

Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib.

Yaranmış problem və ittihamlarla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər: "Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb".

İdarədən bildirilib ki, 2025-ci ildə Naxçıvan MR ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb: "Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir. Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil.

Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb. Qeyd edirik ki, hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir".

İdarədən, həmçinin qeyd olunub ki, ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb: "Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daimi nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bununla yanaşı, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir. Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır".

Rəsmi açıqlamada əlavə edilib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir. Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 642   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021