"Zayed İnsan Qardaşlığı Mükafatı"nın prezident İlham Əliyevə təqdim edilməsi əslində onun liderlik xüsusiyyətinə olan diqqətin göstəricisidi
Cənab prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı iştirakı ölkəmizin beynəlxaq aləmdə nüfuzunun artması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadiyyatımızın inkişafına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib, Prezident İlham Əliyev hər il forum çərçivəsində həm müxtəlif ölkələrin, həm də iri şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirir:
"Bu baxımdan builki forum da istisna olmadı. Cənab Prezidentin Davos görüşləri hər il uğurla keçir, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Hər il forumu işıqlandıran nüfuzlu beynəlxalq informasiya vasitələrinin də Azərbaycana marağı artır, onlar ölkəmiz haqqında daha geniş məlumat almağa çalışırlar Prezident İlham Əliyevin Davosda "Euronews" televiziyasına verdiyi müsahibə bunu sübut edir.Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan dünyada nə baş verməsindən asılı olmayaraq öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Əlbəttə ki, bütün bu uğurların arxasında Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib. Ən önəmlisi isə Prezident İlham Əliyevin sülh quruculuğuna verdiyi misilsiz töhfələrə görə nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi cənab prezident İlham Əliyevin mahir bir strateq ve humanist lider olduğunun növbəti sübutudur".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin bu mükafata layiq olmasını həm də Azərbaycanın otuz illik işğala son qoyaraq regiona gətirdiyi sabitliyin beynəlxalq etirafı kimi də dəyərləndirmək olar:
"Belə bir nüfuzlu mükafatın məhz Qafqazda sülhün faktiki olaraq bərqərar olduğu bir vaxtda verilməsi rəsmi Bakının humanizm dəyərlərinə sadiqliyini təsdiqləyir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim edilməsi əslində onun liderlik xüsusiyyətinə olan diqqətin göstəricisidir: "Müzəffər Ali Baş Komandan Azərbaycan xalqına zəfəri yaşatmaqla yanaşı, dünya müharibə tarixində də və ondan sonrakı dövrdə sülh təşəbbüskarı kimi öz adını tarixə yazdırdı. Məhz ölkə başçısına verilən bu yüksək mükafat Azərbaycana dünyada olan böyük diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin atdığı addımlar dünya birliyi tərəfindən də böyük maraqla qarşılanır. Bir sözlə cənab prezident İlham Əliyevin növbəti dəfə nüfuzlu bir mükafata layiq görülməsi Azərbaycanın ötən dövr ərzində həyata keçirdiyi uğurlu siyasətin məntiqi sonluğu kimi də xarakterizə olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır