Qazaxıstanda dövlət müşaviri vəzifəsi LƏĞV OLUNUR
Qazaxıstan prezidentinin hüquqi məsələlər üzrə köməkçisi Yerjan Jiyenbayev Konstitusiya İslahatları Komissiyasının ilk iclasında vitse-prezidentlik institutu və onun səlahiyyətləri ilə bağlı dəyişikliklərdən danışıb.
Oxu.Az xəbər verir ki, məlumatı "Kazinform" yayıb.
Y.Jiyenbayevin sözlərinə görə, vitse-prezidentin təyinatı prezident tərəfindən qurultayın razılığı ilə həyata keçiriləcək. Prezidentin həmçinin vitse-prezidenti vəzifədən azad etmək hüququ olacaq. Dövlət başçısının tapşırığı ilə vitse-prezident ölkəni həm beynəlxalq arena, həm də qurultay, hökumət və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə təmsil edəcək. Onun digər səlahiyyətləri prezident tərəfindən müəyyən ediləcək.
Vitse-prezidentlik institutunun tətbiqi ilə əlaqədar olaraq, dövlət müşaviri ilə bağlı müddəaların konstitusiyadan çıxarılması planlaşdırılır. Həmçinin vitse-prezident vəzifəsi üçün tələblərin konstitusiya səviyyəsində müəyyən edilməsi təklif olunur.
Xüsusilə, vitse-prezident heç bir siyasi partiyanın və nümayəndəlik orqanının üzvü olmamalı, digər ödənişli vəzifələr tutmamalı və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalıdır.
Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsinin təsis edildiyini Milli Qurultayın iclasında elan etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 255 Tarix: 24 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putinin Çinə səfəri başa çatdı
Rusiya Prezidenti Vladimir Putin Çinə etdiyi ikigünlük rəsmi səfərini başa vurub. "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya lideri Pekini təyyarə ilə tərk edib. Məlumata görə, mayın 19-da Çin paytaxtına gələn Putini hava limanında ölkənin xarici işlər naziri Va
20 mayŞanlıurfada qəbiristanlığın zibil qutusunda 21 insan dölü tapılıb
Türkiyənin Şanlıurfa şəhərindəki qəbiristanlıqda zibil atılan plastik çəlləyin içində qablara qoyulmuş 21 insan dölü aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. "Üzərlərində Şanlıurfa Tədris və Araşdırma Xəstəxanasının etiketlərinin olduğu iddi
17 mayLuvr muzeyinin talanması ilə bağlı yeni detallar açıqlanıb
Fransa Mədəniyyət Nazirliyinin təhlükəsizlik xidmətləri muzeyin zəif cəhətləri barədə məlumatlı olmalarına baxmayaraq, böyük oğurluq hadisəsinə qədər Luvr Muzeyində heç bir yoxlama həyata keçirməyib. xəbər verir ki, bu barədə Fransa parlament komissiyasının hesabatına istinadən "RİA Novosti"
17 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayKİV: Trampın komandasında İran məsələsinə görə fikir ayrılığı yaranıb
ABŞ Prezidenti Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur. xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton həmi
17 may