"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ

"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİBakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Nemət Qurbanov Elmidar İsmayılzadənin vasitəsilə işə qoşulduğunu deyib: "Mən 2024-cü ilin fevralında şəhərə gəldim, martda işə başladım. Sentyabrın 2-də gecə Masazırda tutulmuşam. Adıma 86 000 pul yazılıb. O pul ümumi dövriyyə giriş-çıxışıdır. Elmidar dostum olub, yerliyik. Bu işin qanunsuz olduğunu bilmirdim. İşim o idi ki, müştərilərə cavab verim. Aylıq maaşım 300, 500 olurdu. Evdə, yaşadığım yerdə bu işi görə bilməzdim: evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər".

Təqsirləndirilən Elnur Nağıyev işsizlik səbəbindən bu işi qəbul etdiyini bildirib: "Əsgərlikdən qayıtdıqdan sonra işsiz qaldım. Kənddə nə iş görərdim? Biri qoyun qırxır, gedib kömək edirdim, heyvanlarını otarmağa yardım edirdim. Gəldim Bakıya. Bir müddət ofisiant işlədim. Elmidar qohumumdur. İşi izah etdi, dedi ki, ancaq gələn mesajlara cavab verəcəyəm. 400- 500 manat maaş alırdım. Baxdım ki, rayonda pulu belə asanlıqla qazanmaq mümkün deyil, razılaşdım".

Növbəti iclas digər təqsirləndirilənlərin ifadələrinin dinlənilməsi üçün fevralın 6-na təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə keçirdiyi əməliyyat zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb olunublar. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələr işlədiblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti yaradıblar. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyənin 10 milyon manatdan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər - Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 951   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya

6 iyul
.

Taksi sürücüləri arasında dayanacaq davası kameraya düşdü - VİDEO

Türkiyənin Diyarbəkir şəhərində iki taksi sürücüsü arasında dayanacaq üstündə yaranan mübahisə kütləvi davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Yenişehir rayonunun Gevran prospektində baş verib. İddiaya görə, taksi dayanacağı ilə bağlı yaranan mübahisə qısa müddətdə böyüyərə

3 iyul
.

İlqar Altay "Arzum"un səs yazısını yaydı - VİDEO

Kriminalistika üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum99"un avtomobil qəzasından sonrakı səs yazısını yayıb. Səs yazısında "Arzum" 103 xidmətinə zəng vurduğunu deyir və canlı yayımı izləyənlərdən də xahiş edir ki, Təcili Tibbi Yardıma müraciət etsinlər. İlqar Alta

4 iyul
.

Bakıda AĞIR QƏZA - Avtomobil iki hissəyə bölündü: Yaralının SON DURUMU - VİDEO

Böyükşor-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) -a verilən məlumatda bildirilib ki, iyulun 6-da saat 23:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunç

7 iyul
.

Dənizə girmək qadağasına baxmayaraq faciə: 1 nəfər ölüb, 2 nəfər itkin düşüb - VİDEO

Türkiyənin Şilə rayonunda güclü dalğa və rip axını səbəbindən dənizə girmək qadağan edilsə də, qadağan olunmuş ərazilərdə suya daxil olan 3 nəfər axına düşüb. Hadisə nəticəsində bir nəfərin meyiti tapılıb, daha iki nəfərin axtarışları davam edir. Bu barədə xarici mediaya istinadla xəbər verir. Şilə Kaymakamlığını

6 iyul
.

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl

4 iyul
.

Torpaq mübahisəsi silahlı qarşıdurmaya çevrildi: Ev və əkin sahəsi yandırıldı - VİDEO

Türkiyənin Şanlıurfa vilayətində torpaq mübahisəsi zəminində iki ailə arasında baş verən silahlı qarşıdurma zamanı bir ev və əkili kənd təsərrüfatı sahəsi yandırılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Haliliye rayonunun Yeşilyurt məhəlləsində qeydə alınıb. İddialara görə

7 iyul
.

Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik

4 iyul
.

Şagirdlərə uyğunsuz məzmunlu görüntülər göndərən müəllim həbs edildi - VİDEO

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Orange High School məktəbində çalışan 37 yaşlı müəllim Lesli Lambeth Bryant şagirdlərə "Snapchat" vasitəsilə intim məzmunlu foto və videolar göndərməkdə ittiham olunaraq saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, məktəb rəhbərliyinə daxil ola

3 iyul