Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə davam edən etirazlar fonunda tətbiq olunan internet məhdudiyyətlərinə sərt reaksiya verib.
"Qafqazinfo"nun məlumatına görə, Yusif Pezeşkian teleqram hesabında paylaşdığı açıqlamada bildirib ki, internetin bağlanması mövcud problemləri həll etmir, əksinə cəmiyyətdə narazılığı daha da dərinləşdirir.
Onun sözlərinə görə, rəqəmsal qadağalar ictimai gərginliyi azaltmaq əvəzinə, narazılığın artmasına səbəb olur.
Yusif Pezeşkian qeyd edib ki, internet qadağası zorakılıq görüntülərinin yayılmasının qarşısını almaq məqsədi daşısa da, bu yanaşma çıxış yolu deyil: "İnternetin bağlanması heç nəyi həll etməyəcək, sadəcə problemi təxirə salacaq".
Prezidentin oğlu hesab edir ki, rəqəmsal əlaqənin kəsilməsi hökumətlə cəmiyyət arasındakı etimadsızlığı daha da artırır və məhdudiyyətlərin davamı hətta əvvəllər razı olan vətəndaşları da narazılar sırasına qoşacaq.
O, etirazlar zamanı çəkilən görüntülərin gec-tez yayımlanacağını qeyd edərək, bu materiallarla üzləşməyin problemlərin həlli baxımından daha effektiv olacağını bildirib.
Qeyd edək ki, İranda 8 yanvardan etibarən tətbiq olunan internet məhdudiyyətləri sosial media və informasiya axınına ciddi maneələr yaradaraq, gündəlik həyat və iqtisadi fəaliyyətə mənfi təsir göstərib. Ölkə üzrə davam edən etirazlar fonunda tətbiq edilən bu məhdudiyyətlər həm daxildə, həm də beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 761 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrRusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19 sentyabr