Zarafat rus komikə baha başa gəldi - 6 il həbs

Zarafat rus komikə baha başa gəldi - 6 il həbsRusiyada məhkəmə komediya ustası Artemi Ostanini "nifrət qızışdırmaq" ittihamı ilə beş il 11 ay həbs cəzasına məhkum edib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, o, bir müddət əvvəl sərhəddə saxlanılıb və Belarus təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

Moskvanın Meşçanski məhkəməsi Artemi Ostaninə həbs cəzası ilə yanaşı 300.000 rubl cərimə cəzasına məhkum edib.

Əvvəlki məhkəmə iclasında Ostanin Minsk hava limanında həbs olunmasında sonra başına gələnləri danışıb. O bildirib ki, təhlükəsizlik qüvvələri onu meşəyə aparıb, orada dəyənəklə, qum torbası ilə döyüblər. Həmçinin onun saçlarını bıçaqla kəsiblər və boğazını kəsməklə hədələyiblər.

Komik məhkəmə qarşısında verdiyi ifadədə barəsində açılan cinayət işinin tamamilə qurama və uydurma olduğunu bildirib.

Ötəni ilin mart ayının 19-da məhkəmə Ostanini metroda ayaqsız bir kişi haqqında zarafat etdiyinə görə məhkəməyəqədər həbs cəzasına məhkum edib. Müstəntiqlər onun "xüsusi hərbi əməliyyat" döyüşçüsünə qarşı "düşməncəsinə şərhlər verdiyini" iddia edirlər. Ostanin israrla bildirib ki, o, müharibə iştirakçısını yox, dilənçini nəzərdə tutub.

2025-ci ilin dekab ayının sonlarında komediya ustasına qarşı daha iki cinayət işi açılıb. Həmin işlərdən biri Ostaninin "İsa Məsihlə söhbət"i, digəri isə "soyuducu dron" zarafatına görədir. Məhkəmə hesab edir ki, Ostanin birinci zarafatı ilə "dindarların hisslərini təhqir edib", ikinci ilə "mütəşəkkil cinayətkar qrup yaratmaq" təşəbbüsü göstərib.

Ostanin bütün ittihamları rədd edir.

Qeyd edək ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiya rəhbərliyi müharibə, ordu, vətən mövzularında nıinki ciddi mülahizələrə, hətta adi zarafatlara da dözümsüzlük göstərir və onu edənləri ya "xarici agent", ya da "terror dəstək" ittihamı ilə cəzalandırır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 464   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələri

19 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr