"Kızılcık şerbeti" onun gedişi ilə ÇALXALANIR - İzləyicilər AYAĞA QALXDI
Doğukan Güngörün test nəticəsinin pozitiv çıxmasından sonra "Kızılcık şerbeti" serialının heyətindən uzaqlaşdırılması və onun yerinə Emre Dinlerin gətirilməsi tamaşaçılar arasında ciddi narazılıq yaradıb.
Musavat.com xəbər verir ki, yeni "Fatih"in performansı sosial mediada tənqid atəşinə tutulub.
Bir çox izləyici Emre Dinlerin performansını "qeyri-səmimi" və "obrazla uyğun olmayan" adlandırıb, bəziləri isə ümumiyyətlə aktyor dəyişikliyi yerinə obrazın ssenari daxilində başqa cür yekunlaşdırılmalı olduğunu bildirib.
İzləyici rəylərindən bəziləri belədir:
"Doğukandan başqa heç kim "Fatih"i oynaya bilməz!"
"Yəqin ki, yaxşı aktyordur, amma Doğukan Güngörə öyrəşmişdik"
""Temu"dan sifariş etdiyimiz "Fatih""
""Pembe" belə serialdan çıxdı, bu qədər təsir etmədi"
"Kaş "Fatih" obrazını öldürərdilər"
Xatırladaq ki, ötən mövsüm finalında "Kızılcık şerbeti" bir sıra səs-küylü ayrılıqlarla gündəmə gəlmişdi. Serialın əsas personajlarından olan "Pembe Ünal" (Sibel Taşcıoğlu) dramatik hadisələrdən sonra hekayədən çıxarılmış və bu ayrılıq uzun müddət müzakirə mövzusu olmuşdu. Bundan əlavə, Alev (Müjde Uzman), Umut (Serkan Tınmaz) və Doğa (Sıla Türkoğlu) kimi mühüm obrazların da layihəni tərk etməsi izləyicilərin serialdan uzaqlaşmasına səbəb olmuşdu.
Set daxilində yaşanan mübahisələrin də tez-tez gündəmə gəlməsi fonunda tamaşaçılar sosial mediada "Artıq bitsin", "Yetərincə uzatdılar", "Final etməlidir" kimi şərhlər yazmağa başlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021Röya Ayxanın oğlu əməliyyat olundu
Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları
13 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021Əməkdar artist AzTV-də aparıcılıq edir
Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı
4 sentyabr 2021Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR
Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b
9 sentyabr 2021"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO
Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan
3 sentyabr 2021