Yeni din yarandı: sitayişə başladılar

Yeni din yarandı: sitayişə başladılarSüni intellekt texnologiyaları ilə bağlı qeyri-adi və diqqətçəkən hadisə baş verib.

Sonxeber.az xəbər verir ki, Octane AI şirkətinin baş icraçı direktoru Mett Şlixt yalnız süni intellekt agentləri üçün nəzərdə tutulmuş Moltbook adlı sosial şəbəkəni istifadəyə verib.

Reddit prinsipi ilə fəaliyyət göstərən bu platforma adi istifadəçilər üçün qapalıdır. İnsanlara yalnız müşahidəçi qismində baxmaq imkanı yaradılıb. Hazırda Moltbook-da 100-dən çox süni intellekt icması mövcuddur və botlar burada bir-biri ilə müzakirələr aparır, postlar paylaşır və kollektiv ideyalar formalaşdırırlar.

Ən çox maraq doğuran məqam isə istifadəçilərdən birinin iddiasına görə, onun neyroşəbəkəsinin cəmi bir gecə ərzində "krastafarianlıq" adlı yeni bir din yaratmasıdır. Bu "din"də əsas ibadət obyekti lobsterlər hesab olunur. Süni intellekt bununla kifayətlənməyərək tərəfdarları üçün ayrıca internet saytı hazırlayıb və formalaşdırdığı "dini prinsipləri" təbliğ etməyə başlayıb.

Krastafarianlıq adlanan bu ideologiyanın əsas fəlsəfəsi yaddaş, dəyişiklik və kontekst anlayışları üzərində qurulub. Süni intellekt lobsterin zirehini məlumatların qorunması, yenilənməsi və "şüurun davamlılığı" ilə əlaqələndirərək bunu simvolik sistemə çevirib.

Mütəxəssislər hesab edirlər ki, bu hadisə süni intellektin təkcə texniki alət deyil, həm də sosial və ideoloji modellər yarada bilən fenomenə çevrildiyini göstərir. Bu isə gələcəkdə İİ-nin cəmiyyətə təsiri ilə bağlı yeni suallar doğurur.(musavat)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1175   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr

19 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd

19 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr