Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət

Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvətYetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıbmış.

"Qafqazinfo" xəbər verir ki, "1953-cü il Trastı" adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur.

ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdən məlum olur ki, Epşteyn mirasının böyük hissəsini sonuncu partnyoruna, hazırda 35 yaşı olan belaruslu Karina Şulyaka vəsiyyət edib. O, maliyyə sənədinə əlavə edilmiş əlyazma qeydində qalmaqallı maliyyəçi Karina Şulyakla evlənmək niyyətini ifadə edib. Belə ki, Epşteyn partnyoruna 32,73 karat çəkisi olan və dəyəri bir neçə milyon dollar qiymətləndirilən brilyant üzüklə evlilik təklifi edibmiş.

Epşteynlə təxminən 10 il ərzində münasibətdə olmuş Şulyak həm də ölümündən bir gün əvvəl onunla telefonla danışan sonuncu şəxs hesab olunur.

Vəsiyyətnaməyə əsasən, C.Epşteynin ölümündən sonra K.Şulyak yarısını dərhal, digər yarısı isə illik müavinət şəklində olmaqla, 100 milyon dollar almalı idi. Maliyyəçinin bütün daşınmaz əmlakı belaruslu xanıma keçməli idi:

- Manhettendə malikanə;

- Parisdə mənzil;

- Nyu-Meksikoda ranço;

- ABŞ-nin Vircin adalarında yerləşən və "Pedofil adası" kimi tanınan "Kiçik Müqəddəs Ceyms" və "Böyük Müqəddəs Ceyms" adaları.
Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvətNişan üzüyündən əlavə, ona həmçinin 48 ədəd brilyant və xərclərini qarşılamaq üçün xüsusi fond ayrılmışdı.

"1953-cü il Trastı"nın digər iki mühüm benefisiarı Ceffri Epşteynin şəxsi vəkili Darren İndik və mühasibi Riçard Kandır. Sənədə əsasən İndikə 50 milyon, Kana isə 25 milyon dollar çatacaqdı. Maliyyəçi bu şəxsləri vəsiyyətnaməsinin icraçıları və əmlakının idarəediciləri təyin etmişdi.

Epşteynin uşaq istismarı şəbəkəsində əsas fiqur olan Gisleyn Maksvell də vəsiyyətnamədə özünə yer etməyi bacarmışdı. On il ərzində yetkinlik yaşına çatmayan qızların istismarı şəbəkəsindəki "rolu"na görə 240 ay həbs cəzasına məhkum etmiş Maksvel 10 milyon dollar almalı idi.

Fotoda Ceffri Epşteyn və Gisleyn Maksvell

Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvətSiyahıda həmçinin Epşteynin əməkdaşları, qulluqçuları, şəxsi pilotları, eləcə də bir neçə alim yer alıb.

Yeddi benefisiarın adı isə açıqlanmır, onlara 3-10 milyon dollara qədər ayrılmışdı. Sənədə əsasən, vəsaitlər Epşteynin ölümündən azı iki il sonra ödənilməli idi.

Bununla belə, hazırda benefisiarlardan hər hansı birinin bu mirasdan bir dollar belə alması çətin görünür, çünki Epşteynin hesablarına həbs qoyulub, onlardakı vəsaitlər isə, çox güman ki, yalnız "Epşteyn işi" ilə əlaqəli cinayətlərin qurbanlarına kompensasiya məqsədilə istifadə ediləcək.
Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvətEpşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2282   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr

19 sentyabr
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

19 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr