Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi
Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Sonxeber.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
İttihama görə, 2024-cü il iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarı ilə Kamil Qarayevin həmin məhkəmənin 4 dekabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin olunmayıb. Sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1307 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrVüqar Qurbanovun vəzifəli qohumunun bıçaqlanmasının şok təfərrüatı
Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balaye
8 oktyabrTraktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
23 oktyabrAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr