Müsəlmanları ayağa qaldıran qərar: Bu ölkədə çox sayda məscid bağlanılacaq!

Müsəlmanları ayağa qaldıran qərar: Bu ölkədə çox sayda məscid bağlanılacaq!Yunanıstanın Miqrasiya və Sığınacaq naziri Thanos Plevris paytaxt Afina şəhərində "lisenziyasız" fəaliyyət göstərən bir sıra məscidlərin bağlanacağını açıqlayıb. Nazir bildirib ki, bu ibadət yerlərini idarə edən miqrantların oturum icazələri də ləğv olunacaq.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Plevris parlamentdə çıxışı zamanı Afinada bir məscidi idarə edən Banqladeş vətəndaşının yaşayış icazəsinin artıq ləğv edildiyini və həmin ibadətxananın "lisenziyasız" olduğu əsas gətirilərək bağlandığını deyib. Nazir həmçinin həmin şəxs barəsində deportasiya qərarı verildiyini də qeyd edib.

Yaşayış icazəsinin ləğvinə əsas kimi Plevris 2025-ci ildə qüvvəyə minmiş və qanunları pozan miqrantların yaşayış icazələrinin ləğvini nəzərdə tutan qanunu göstərib. Nazir vurğulayıb ki, müvafiq nazirliklərin koordinasiyası ilə digər "lisenziyasız" məscidlərə qarşı da oxşar tədbirlər görüləcək.

Uzun illər rəsmi məscidi olmayan yeganə Avropa paytaxtı kimi tanınan Afinada ilk rəsmi məscid 2020-ci ildə Votanikos rayonunda açılıb. Şəhərdə on minlərlə müsəlmanın yaşadığı ehtimal olunsa da, hazırda ibadət üçün açıq olan yeganə rəsmi məscid məhz budur.

Bu səbəbdən müsəlman icması müxtəlif məhəllələrdə öz imkanları hesabına açılan kiçik məscid və ibadət yerlərində ibadətlərini davam etdirir. Lakin bu məkanların bir qismi bürokratik səbəblərdən "lisenziyasız ibadətxana" statusunda fəaliyyət göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1396   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr

19 sentyabr
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

19 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr