Fatimənin ölkədən çıxışına qadağa qoyula bilər

Fatimənin ölkədən çıxışına qadağa qoyula bilər"Nazilə Səfərli oğlumun atasına da toxunub. Arada söhbət aparıb-gətirənlər də olub. İllərdi olan aqressiya var, eyni zamanda kənardan daha çox müdaxilə edilib. Barışıq deyəndə, kinsiz insanam. Allahdan səbirsiz olduğum üçün üzr istəyirəm. Kinli insan deyiləm. Mənim də mənliyim var, xanımam. Mən niyə üzr istəyim? İkimiz də bir-birimizdən üzr istəyək, barışaq. Bu, içdən gəlməlidir. Yalandan "canım" deyilməməlidir. Zaman hər şeyi göstərəcək".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Öz aramızda" verilişində deyib. İllərdir şair Nazilə Səfərli ilə aralarında yaşanan qalmaqal bitməyən sənətçi barışıq və ya üzr istəməsi haqda sualları cavablandırıb. Fatimə bildirib ki, üzr istəməyəcək.

Məsələ N.Səfərli də reaksiya verib. O, "Tarixin bir günü" verilişində Fatimənin bu yaxınlarda cərmələndiyini açıqlayıb:

"İki məhkəmə udmuşam. Hazırda Fatimənin öhdəçiliyi var. Bu yaxınlarda min manat qanundan yayındığı üçün cərimələnib. Növbəti mərhələdə cinayət işi açılır. Üzr istəməsə, dediklərini təkzib etməsə, ölkədən çıxışına qadağa qoyulacaq. Heç kimə deməmişəm bağışlamayacağam. Deyirəm, üzr istəyəcəksən. Desin, bilmədim, etdim. Amma deməlidir".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 902   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin

18 sentyabr
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13 sentyabr
.

Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"

Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər. Axşam.az xəbər verir ki, ən arzulanan duet ortaqları "Gəlirəm" adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər. Sevgidən bəh

4 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

Firuzə İbadova xəstəxanaya yerləşdirilib

Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət

9 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Elnarə Xəlilova da iynə ilə arıqlayır

Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib

12 sentyabr