Pakistanda məsciddə partlayış: 31 nəfər ölüb, 169 nəfər yaralanıb - VİDEO
Pakistanın paytaxtı İslamabadda bir məsciddə cümə namazı zamanı baş vermiş partlayış nəticəsində 31 nəfər həlak olub, 169 nəfər isə yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İslamabadın Shehzad Town bölgəsində şiələrə məxsus olduğu bildirilen İmam Bargah Məscidində cümə namazı zamanı partlayış baş verib. Polis açıqlayıb ki, partlayışda ən azı 31 nəfər həyatını itirib, 169-dan çox insan yaralanıb.
Rəsmi mənbələr partlayışın təbiətini müəyyən etmək üçün hələ erkən olduğunu və hüquq-mühafizə orqanlarının, eləcə də tibbi ekspertlərin bunun intihar hücumu və ya yerləşdirilmiş bomba olub-olmadığını araşdırdığını bildiriblər. Yaralıların əksəriyyəti müxtəlif tibb müəssisələrinə çatdırılıb.
İslamabadın Poliklinik Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA Xəstəxanasında fövqəladə vəziyyət elan edilib. Təcili yardım və polis briqadaları məscid ətrafında axtarış-xilasetmə və araşdırma işlərini davam etdirir.
Pakistan Prezidenti Asif Ali Zerdari ABŞ mərkəzli X şirkətinin sosial media platformasında partlayışla bağlı açıqlama yayıb. O, həyatını itirənlərin ailələrinə başsağlığı verərək, "Məsum mülki şəxsləri hədəf almaq insanlığa qarşı cinayətdir" deyib. Zerdari yaralıların ən qısa zamanda sağalması üçün bütün tibbi imkanların təmin olunması göstərişi verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 572 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrTramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabr