"Güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə, ən mürəkkəb münaqişələr belə sülh yolu ilə həll edilə bilər" - DEPUTAT

"Güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə, ən mürəkkəb münaqişələr belə sülh yolu ilə həll edilə bilər" - DEPUTAT"Prezident İlham Əliyevin 2026-cı il fevralın 4-də Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlərdə sülhün real mexanizmlərini əks etdirən mühüm siyasi mesajlar kimi qiymətləndirilir", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Bu çıxış yalnız təşəkkür xarakteri daşımamış, eyni zamanda Azərbaycan-Ermənistan sülh modelinin beynəlxalq ictimaiyyətə təqdimatı olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Şeyx Zayedin adını daşıyan bu mükafat insanlıq, mərhəmət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Şeyx Zayedin yaratdığı siyasi məktəb bu gün Birləşmiş Ərəb Əmirliklərini sabitlik, inkişaf və tolerantlıq məkanına çevirmişdir. Prezident İlham Əliyev bu siyasi irsin Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Birləşmiş Ərəb Əmirliklərinin inkişaf modeli, müasir dövlət idarəçiliyində uğurlu nümunə kimi təqdim edilmişdir. Bu model sülhün yalnız siyasi razılaşma deyil, cəmiyyətlərarası etimad üzərində qurulduğunu sübut edir. Prezident İlham Əliyev çıxışında dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətinə xüsusi yer ayırmışdır. Əl-Əzhərin böyük imamı və Roma Papasının sülh çağırışları beynəlxalq ictimaiyyətin Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələyə verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirilmişdir. Dövlət başçısı xatırlatmışdır ki, Azərbaycan 30 ildən artıq müddətdə müharibənin ağır nəticələri ilə üzləşmişdir. Lakin hazırda artıq altı aydır ki, regionda sülh şəraiti hökm sürür. Bu dövr sülh mədəniyyətinin formalaşması baxımından mühüm mərhələdir. Vaşinqton Zirvə Görüşü sonrası əldə olunan nəticələr çıxışda xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçilik rolunu yüksək qiymətləndirmiş, 2025-ci il avqustun 8-də imzalanmış sənədlərin tarixi əhəmiyyətini qeyd etmişdir. Həmin sənədlər regionda uzun illər davam edən qanlı münaqişəyə son qoymuşdur. Sülhün real nəticələri artıq praktik müstəvidə özünü göstərməkdədir. Nəqliyyat və ticarət məhdudiyyətlərinin aradan qaldırılması, enerji məhsullarının ixracı və iqtisadi əməkdaşlıq tərəflər arasında qarşılıqlı asılılıq mühitini gücləndirir. Bu, sülhün davamlılığını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin fikrincə, Azərbaycan-Ermənistan sülh modeli beynəlxalq münaqişələrin həlli üçün örnək ola bilər. Güclü siyasi iradə, real addımlar və beynəlxalq dəstək olduğu təqdirdə, ən mürəkkəb münaqişələr belə sülh yolu ilə həll edilə bilər. Əbu-Dabidə keçirilən mərasim xüsusi simvolik məna daşıyır. Çünki yekun razılaşmaya aparan son danışıqlar məhz burada baş tutmuş, daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bu fakt bir daha göstərir ki, sülh təsadüf deyil, planlı və ardıcıl siyasətin nəticəsidir. Nəticə etibarilə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın regional deyil, qlobal miqyasda sülh quruculuğuna verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 684   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr