Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər.
"Baş nazir hesab edir ki, istənilən danışıqlara mütləq ballistik raketlərin məhdudlaşdırılması və İranın maşalarına dəstəyin dayandırılması mövzuları daxil edilməlidir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İran və ABŞ cümə günü Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli məsələsi üzrə danışıqları bərpa edib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. Oman xarici işlər naziri Badr əl-Busaidinin sözlərinə görə, Tehran və Vaşinqton nümayəndə heyətləri Maskatda İranın nüvə proqramı üzrə çox ciddi məsləhətləşmələr aparıblar və dialoqu davam etdirmək niyyətindədirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 245 Tarix: 08 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şanlıurfada qəbiristanlığın zibil qutusunda 21 insan dölü tapılıb
Türkiyənin Şanlıurfa şəhərindəki qəbiristanlıqda zibil atılan plastik çəlləyin içində qablara qoyulmuş 21 insan dölü aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. "Üzərlərində Şanlıurfa Tədris və Araşdırma Xəstəxanasının etiketlərinin olduğu iddi
17 mayFransada "dünyanın ən yaşlı iti" öldü
Fransada "dünyanın ən yaşlı iti" hesab edilən Lazar adlı toy-spaniel cinsi it 31 yaşında ölüb. xəbər verir ki, bu barədə AFP agentliyi itin sahibi Ofeli Budola istinadən məlumat yayıb. Lazar Fransanın şərqində yerləşən Villi-le-Pellu şəhərində yaşayırdı
17 mayEvdəki ən çirkli əşya açıqlandı: unitaz deyil
Əksər insanlar bu əşyadan hər gün istifadə edir. Amma onun nə qədər bakteriya və mikrob topladığını heç təsəvvür belə etmir. Mütəxəssislərin fikrincə, gündəlik istifadə etdiyimiz əşyalar arasında mobil telefonlar, xalçalar və mətbəx süngərləri çox vaxt unitazdan daha çirkli olur. Lakin təmizliyi haqqınd
17 mayAlimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı
"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri
18 mayMəşhur müğənnindən polisə qəribə təklif: "Evdə lazanya hazırlamışam" - VİDEO
Dünya şöhrətli müğənni Britney Spears növbəti dəfə qalmaqallı hadisə ilə gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılan məşhur ifaçı avtomobildə reseptsiz dərman preparatları və boş şərab qədəhi ilə aşkarlanıb. Hadisə zamanı Spearsın avtomobildə
22 may