Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən STEAM mərkəzində və Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə olublar.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş icrasına başlanıldığı barədə məlumat verilib.

Bildirilib ki, STEAM mərkəzi liseyin tərkibində 2021-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada "Robotics", "Art", "Science", "STEAM Kids", CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edir. Hər tədris ili 1000-dən çox şagird Mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirak edir.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.

Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmiş Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, 1969-cu ildə inşa olunmuş Gəncə şəhəri, Kəpəz rayonu 37 nömrəli orta məktəbin binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşüb. 2024-cü ilin noyabrından Heydər Əliyev Fondu tərəfindən 724 şagirdlik məktəbin əsaslı təmir işlərinə başlanılıb.

Təhsil ocağı 3 mərtəbəli 1 korpusdan və 2 mərtəbəli 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, musiqi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Ziyarət zamanı müxtəlif yaş qruplarına aid 50 uşağa velosiped, eləcə də təhlükəsizlik ləvazimatı hədiyyə edilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən sosial aksiyanın əsas məqsədi regionlarda yaşayan uşaqların asudə vaxtlarını daha səmərəli şəkildə keçirmələrinə şərait yaratmaq, onların idmana və sağlam həyat tərzinə marağını artırmaq, məktəbliləri fiziki fəallığa həvəsləndirmək, habelə ekoloji nəqliyyat vasitəsi kimi velosiped istifadəsini təşviq etməkdir.

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublarLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr